“Instagram”da 10 il sonra dəyişiklik (Foto)

14.08.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Meta" şirkətinə məxsus "Instagram" sosial şəbəkəsi loqotipini dəyişib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlki loqotip on il ərzində dəyişməz qalıb. Platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, artıq onu "yeniləməyin" vaxtı çatıb.

"Biz hesab edirik ki, yeni dizayn daha aydın və müasir olub, eyni zamanda, ilkin versiya ilə əlaqəni, eləcə də həmişə "Instagram"ın ayrılmaz hissəsi olan sadəliyi və detallara diqqəti qoruyub saxlayır", - deyə o, "Threads" platformasında yazıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью