“Instagram”da 10 il sonra dəyişiklik (Foto)
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Meta" şirkətinə məxsus "Instagram" sosial şəbəkəsi loqotipini dəyişib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlki loqotip on il ərzində dəyişməz qalıb. Platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, artıq onu "yeniləməyin" vaxtı çatıb.
"Biz hesab edirik ki, yeni dizayn daha aydın və müasir olub, eyni zamanda, ilkin versiya ilə əlaqəni, eləcə də həmişə "Instagram"ın ayrılmaz hissəsi olan sadəliyi və detallara diqqəti qoruyub saxlayır", - deyə o, "Threads" platformasında yazıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:136
Bu xəbər 14 Avqust 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















