Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnsulin dirənci zamanı əsas məqsəd qan şəkərinin stabilləşməsi,
hüceyrələrin insulinə həssaslığının artırılması, iltihab və stressin azalmasıdır.
Bəzi vitamin və minerallar bu prosesdə vacib rol oynayır. Amma əlavələri kor-koranə deyil, analiz və həkim məsləhəti ilə qəbul etmək daha təhlükəsizdir.
Medicina.az insulin dirəncində ən çox təyin olunan vitamin və qida əlavələri bunlardır:
1. D Vitamini
D vitamini azlığı insulin dirənci ilə çox əlaqələndirilir.
Aşağı olduqda:
yorğunluq,
qarın piylənməsi,
şirin istəyi,
halsızlıq arta bilər.
Bir çox insanda D vitamini aşağı çıxır. Normada 30-50 arası olmalıdır.
2. Maqnezium
İnsulinin hüceyrəyə təsirində mühüm rol oynayır.
Az olduqda:
əzələ gərginliyi,
şirin istəyi,
stress,
yuxu problemləri,
ürək döyüntüsü ola bilər.
Maqnezium insulin həssaslığını dəstəkləyə bilər.
3. Xrom
Qan şəkərinin tənzimlənməsində iştirak edir.
Bəzi insanlarda:
ani aclıq,
şəkər istəyi,
enerji düşməsi ilə əlaqəli ola bilər.
4. Omega-3
Texniki olaraq vitamin deyil, amma çox vacibdir.
İltihabı azaltmağa və metabolik sağlamlığı dəstəkləməyə kömək edə bilər.
5. B Qrupu Vitaminləri (xüsusilə B12)
Enerji istehsalı və sinir sistemi üçün vacibdir.
Xüsusilə uzun müddət bəzi şəkər dərmanları istifadə edən insanlarda B12 azlığı görülə bilər.
Əlamətlər:
yorğunluq,
keyimə,
beyin dumanı,
halsızlıq.
6. Sink
Hormon balansı və insulin funksiyasında rol oynayır.
Az olduqda:
immun zəifliyi,
saç tökülməsi,
gec sağalma görülə bilər.
Ən vacib hissə həyat tərzidir:
Şəkəri azaltmaq
Ağ undan uzaqlaşmaq
Protein və lif artırmaq
Gündəlik hərəkət
Yuxu rejimi
Stressin azaldılması
Çünki yalnız vitamin qəbul edib qidalanmanı dəyişməmək çox vaxt kifayət etmir.
Aygün Musayeva