İnter də ciddi itki 1 ay oynamayacaq

15.10.2026

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Milan nəhənginin kapitanı Lautaro Martines sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı hücumçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Brügge" ilə matçında (3:4) sıradan çıxıb. Həkimlər 29 yaşlı forvardın sol budunun arxa əzələlərində gərilmə aşkar ediblər. Təcrübəli futbolçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "İnter" Lautaro Martinesi 2018-ci ilin yayında ölkəsinin "Rasinq" klubundan 25 milyon avroya transfer edib. Argentina millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью