İnter də ciddi itki 1 ay oynamayacaq
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Milan nəhənginin kapitanı Lautaro Martines sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı hücumçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Brügge" ilə matçında (3:4) sıradan çıxıb. Həkimlər 29 yaşlı forvardın sol budunun arxa əzələlərində gərilmə aşkar ediblər. Təcrübəli futbolçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "İnter" Lautaro Martinesi 2018-ci ilin yayında ölkəsinin "Rasinq" klubundan 25 milyon avroya transfer edib. Argentina millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Baxış sayı:51
Bu xəbər 15 Oktyabr 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















