İnterlə matçda ürəyi dayanan futbolçunun son durumu

02.12.2024

Icma.az, Unikal.az saytına istinadən bildirir.

İtaliya A seriyasının XIV turunun "İnter"lə matçında huşunu itirərək yerə yıxılan "Fiorentina"nın futbolçusu Edoardo Bovenin durumuna aydınlıq gəlib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunun 17-ci dəqiqəsində hesab 0:0 olarkən ürəyi dayanan 22 yaşlı yarımmüdafiəçi xəstəxanada özünə gəlib.

O, daha əvvəl də ürəyinin dayanmasına və huşunu itirməsinə səbəb olan epileptik tutma keçirib. Hazırda futbolçunun səhhətinin qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, bu hadisədən sonra baş hakim Daniele Doveri hər iki tərəflə müzakirə apararaq "Fiorentina" - "İnter" qarşılaşmasını yarımçıq dayandırıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью