İnterlə matçda ürəyi dayanan futbolçunun son durumu
Icma.az, Unikal.az saytına istinadən bildirir.
İtaliya A seriyasının XIV turunun "İnter"lə matçında huşunu itirərək yerə yıxılan "Fiorentina"nın futbolçusu Edoardo Bovenin durumuna aydınlıq gəlib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunun 17-ci dəqiqəsində hesab 0:0 olarkən ürəyi dayanan 22 yaşlı yarımmüdafiəçi xəstəxanada özünə gəlib.
O, daha əvvəl də ürəyinin dayanmasına və huşunu itirməsinə səbəb olan epileptik tutma keçirib. Hazırda futbolçunun səhhətinin qənaətbəxş olduğu bildirilib.
Qeyd edək ki, bu hadisədən sonra baş hakim Daniele Doveri hər iki tərəflə müzakirə apararaq "Fiorentina" - "İnter" qarşılaşmasını yarımçıq dayandırıb.

İnterlə matçda ürəyi dayanan futbolçunun SON DURUMU
02 Dekabr 2024 14:53
İnterlə matçda ürəyi dayanan futbolçunun durumuna aydınlıq gəlib AZƏRTAC
02 Dekabr 2024 11:41
İnterlə matçda huşunu itirən futbolçunun son durumu açıqlanıb
02 Dekabr 2024 11:55
Oyunda ürəyi dayanan futbolçunun son durumu
14 Dekabr 2024 16:07
İnterlə matçda huşunu itirən futbolçunun durumu bəlli oldu
02 Dekabr 2024 18:00

