Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 25-ci turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: - Məğlubiyyətin səbəbi nə idi?
- Qol buraxdıq və vura bilmədik. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Hücumçularımız "dişsiz"dirlər.
Həmin epizodlarda baş çıxara bilmədilər. Əsas da Ağadadaş. Bu səbəbdən də uduzduq. - Növbəti matç "Turan Tovuz"ladır.
Bu iki matç turnir cədvəlində "Sabah"a çatmaq üçün motivasiya deyil idi? Bizim üçün motivasiya qələbə qazanmaqdır.
Hər oyuna qələbə üçün çıxmaq. Bu gün də oyuna yaxşı başlamışdıq. Epizodlara girirdik, fürsətlər yaradırdıq.
Amma bəlli məsələ və son məqamlarda verdiyimiz qərarlarda axsayırıq. Bəzi oyunlarda bunu həyata keçirə bilirik.