Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

İntizam Komitəsinin məninlə qərəzi var ki? Samir Abasov

İntizam Komitəsinin məninlə qərəzi var ki? Samir Abasov

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 25-ci turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları oyundan danışıb. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- Məğlubiyyətin səbəbi nə idi?

- Qol buraxdıq və vura bilmədik. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Hücumçularımız "dişsiz"dirlər. Həmin epizodlarda baş çıxara bilmədilər. Əsas da Ağadadaş. Bu səbəbdən də uduzduq. 

- Növbəti matç "Turan Tovuz"ladır. Bu iki matç turnir cədvəlində "Sabah"a çatmaq üçün motivasiya deyil idi?

Bizim üçün motivasiya qələbə qazanmaqdır. Hər oyuna qələbə üçün çıxmaq. Bu gün də oyuna yaxşı başlamışdıq. Epizodlara girirdik, fürsətlər yaradırdıq. Amma bəlli məsələ və son məqamlarda verdiyimiz qərarlarda axsayırıq. Bəzi oyunlarda bunu həyata keçirə bilirik. Amma bu cür bir qol vurub, sonra digər epizodları daha rahat yaratmalı olduğun oyunda etmirik. Nəticədə də stressli vəziyyətə gətirib çıxarırıq. Turnir cədvəlində irəliləmək üçün bütün oyunlar önəmlidir. Bu oyunu uduzduq və bunu təhlil edib, dərs çıxaracağıq. 

- Qol buraxdığınız epizodu necə şərh edərdiniz?

- O qolun haradan başlayıb, necə olduğuna baxmaq lazımdır. Bilmirəm, həmin epizodu düz xatırlayıram, ya yox. Orada yaxşı şans Ağada idi, başla vura bilərdi. Başını çəkdi və bu da suallar doğurur ki, niyə belə bir şey edib. Yenə də deyirəm, həmin epizoda baxandan sonra nəyisə deyə biləcəyəm. Ondan sonra da qapımızda qol gördük. Həmin anın ardıdır mı buraxdımığız qol, hazırda tam xatırlaya bilmirəm. Ona görə də ümumi qolu şərh edə bilmirəm. 

- "Neftçi" çox zaman sadə qollar buraxır. "Neftçi"nin ötən il turnir cədvəlində 5-ci yer tutduğu dövrdə olan müdafiəçilər indi də var. Düşünmürsünüz ki, daha yaxşı müdafiəçilər lazımdır?

- Ümumiyyətlə, bütün mövqelərdə mən istədiyim futbolçulara ehtiyac var. Tipaj olaraq. Sadəcə mən də anlayıram ki, həmin mövzudan danışmaq həm gecdir, həm də yersiz. Əksinə son oyunlarda çox qol buraxmamışıq. Bəzi oyunlardan qol buraxmadan çıxmışıq. Bəzi oyunlarda təkbətək etdiyimiz səhvləri kollektiv olaraq sığortalamışdıq. Ümumən müdafiədən yox, hücumdan danışmaq istəyirəm ki, belə oynamaq olmaz. Əsas da Ağadadaşdan birinci hissədə çox narazı qaldım. Bu futbolçular, əsas da bizim akademiyadan çıxan gənc oyunçular anlamalıdılar ki, nə qədər azarkeşlər sənə dəstək versələrdə, bu cür hallarla özün haqda olan rəyi də vurursan yerə. Daha dişli olmalıdırlar. Misal üçün, rəqibin hücumunda Paçu var idi, bu görsənirdi. Aqressiv idi, yapışırdı adamdan. Ağa haqqında mən bunu deyə bilmirəm. Birinci hissədən sonra soyunub-geyinmə otağında dedim ki, Ağa, elə et, hiss etsinlər ki, bizdə də sən hücumçumuzsan. Bu gün mən bir oyunçunun üstünə düşmürəm. Belə bir söhbət gedə bilməz. Sadəcə problemin nədən qaynaqlandığını deyirəm. Oyunun əvvəllərində bir neçə kombinasiyalı epizodlara girdik. Bunu boşa vermək, topu saxlayanda rahatlıqla itirmək ki, mən gəncəm və akademiyanın uşağıyam - belə bir şeylər olmayacaq. Bütün futbolçular bunları düzəltməlidirlər. Görəcəyimiz işlər, həqiqətən də, çoxdur. Əsas da biz bu oyundan nəticə çıxarmalıyıq. Futbolçular da bunu etməlidilər ki, sonra gec olmasın. 

- Yuri Matias Braziliya mətbuatına müsahibəsində ailə problemlərindən danışmışdı. Son matçlarda da bəsit səhvlərə yol verir. Sanki əvvəlki Matias deyil...

- Məndən qabaqkı Matiası nəzərdə tutursunuzsa, mən onu tanımırdım, rəqib kimi görürdüm. Verdiyi həmin müsahibədə, bəlkə də, ümumi həyatından, ailəsindən danışıb. Əslində digər futbolçuların Matias kimi olmasını istərdim. Çünki mən heç vaxt görməmişəm ki, onun ailəsinin durumu məşqlərdə və ya oyunlarda ona təsir etsin. Səhvləri qırağa qoyuram. Həmişəki Matiasdır, aqressivdir, qələbə qazanmaq istəyi yüksək səviyyədədir. Bu da digər futbolçular üçün nümunə alacaq bir şeydir. O müsahibədən xəbərim var, amma onu verməsəydi də Matiasın ailə vəziyyətindən xəbərimiz var idi. Biz onun etdiyi səhvləri qırağa qoysaq, fikri ailəsi, uşaqları ilə olsa da bu cür oynamasına görə Matiasa təşəkkür düşür. 

- Ötən matçdan sonra hakimliyi dəyərləndirdiniz və aldığınız qırmızı vərəqə haqda danışdınız. İntizam Komitəsinin qərarına əsasən, Sambu kubokun yarımfinalını ümumiyyətlə buraxacaq. Düşünmürsünüz ki, sözləriniz bu qərara təsir etdi. Hakimliklə bağlı danışdığınıza görə, sizi cəzalandırmalı idilər, amma klubu cəzalandırdılar...

- Məni niyə cəzalandırmalı idilər? Cəza alacaq nə danışdıq ki? VAR sisteminin ümumiyyətlə futboldan ləğv olunmasının lazımlığını demişdim. Bu, şəxsi fikrimdir. Mən ən çox "Goal Line" texnologiyasının tərəfdarıyam. İnsanlar əziyyət çəkir, qol vurur, amma sayılmır. Lakin VAR-ın ləğv olunmasını istəmişəm, bu da İsveç və digər ölkələrdə artıq ləğv olunub, səhv etmirəmsə. İstəmirəm ki, ümumi futbolda VAR olsun. Şəxsi fikrimdir. Futbolun bu qədər texnologiyalara bağlı bir şey olmasını istəmirəm. Fikir bildirmək cəza almaq deməkdir? Azərbaycanda da VAR-ı istəmirəm. Buna da cəza verilməlidir? Əksinə düşünürdüm ki, "Neftçi"nin baş məşqçisi bu məsələyə haqlı olaraq toxunursa və ajiotaj yaradırsa, özləri baxıb cəzanı bir oyuna endirəcəklər. Mən hələ də düşünürəm ki, orada sarı yetərli idi. Bu, mənim fikrimdir. Amma hərhalda Sambu olsa da, olmasa da vəziyyətdən çıxacağıq. Sırf mənim dediyimə görə cəzanı 2 oyun edirlərsə, bunun axırı hara gedib çıxacaq? İntizam Komitəsinin məninlə qərəzi var ki?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://qol.az
archiveBu xəbər 05 Mart 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri