İnvestorların təhlükəsiz sığınacağı”: Nağd olsun, qızıl olsun! | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumat verir. Qızıl dünyada hər zaman zənginlik, dəbdəbə və firavanlıq simvolu olub.
Lakin qızıl sadəcə simvol deyil, həm də, qlobal iqtisadi və maliyyə sisteminin tərkib hissəsidir.
Bu qiymətli metal valyuta, investisiya, hətta elektronika və stomatologiya kimi müxtəlif sənaye sahələrində istifadə olunur.
Bütün bunları nəzərə alanda belə bir sual yaranır - qızılın qiymətini hansı göstəricilər və xüsusiyyətlər müəyyən edir?
Qızıl həmişə qiymətlidir Maliyyə bazarlarının daim dəyişkən olduğu bir dünyada qızıl əbədi dəyər simvolu olaraq qalır.
Bu qiymətli metal əsrlər boyu öz dəyərini saxlayaraq ən etibarlı investisiya aktivlərindən biri hesab olunur.
Qızıl iqtisadi qeyri-sabitlik və böhran dövründə dəyərini saxlamaq qabiliyyəti ilə tanınır.
Fiat valyutalarından (qızıl və ya digər qiymətli metallarla təmin olunmayan pullar – red.) fərqli olaraq, qızıl inflyasiya və devalvasiyaya məruz qalmır.
Tam oxu
Xəbəri oxu