Icma.az
close
up
RU
İnvestorların təhlükəsiz sığınacağı”: Nağd olsun, qızıl olsun!

İnvestorların təhlükəsiz sığınacağı”: Nağd olsun, qızıl olsun!

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Qızıl dünyada hər zaman zənginlik, dəbdəbə və firavanlıq simvolu olub. Lakin qızıl sadəcə simvol deyil, həm də, qlobal iqtisadi və maliyyə sisteminin tərkib hissəsidir.

Bu qiymətli metal valyuta, investisiya, hətta elektronika və stomatologiya kimi müxtəlif sənaye sahələrində istifadə olunur. Bütün bunları nəzərə alanda belə bir sual yaranır - qızılın qiymətini hansı göstəricilər və xüsusiyyətlər müəyyən edir?

Qızıl həmişə qiymətlidir

Maliyyə bazarlarının daim dəyişkən olduğu bir dünyada qızıl əbədi dəyər simvolu olaraq qalır. Bu qiymətli metal əsrlər boyu öz dəyərini saxlayaraq ən etibarlı investisiya aktivlərindən biri hesab olunur. Qızıl iqtisadi qeyri-sabitlik və böhran dövründə dəyərini saxlamaq qabiliyyəti ilə tanınır. Fiat valyutalarından (qızıl və ya digər qiymətli metallarla təmin olunmayan pullar – red.) fərqli olaraq, qızıl inflyasiya və devalvasiyaya məruz qalmır. İqtisadi tənəzzül və qeyri-müəyyənlik dövrlərində investorlar çox vaxt “təhlükəsiz sığınacaq” kimi qızıla müraciət edirlər.

Belə ki, qızıl investisiya baxımından da vacib aktivlərdən biridir. Qızıla sərmayə qoymaq fiziki qızılın alınmasından qızıl fondlarına və ETF-lərə (exchange-traded fund - birjada ticarət olunan fondlar – red.) sərmayə yatırmağa qədər bir çox formada ola bilər. Qızıl investisiya portfelini diversifikasiya etmək və riski azaltmaq üçün bir yol olaraq da görülür.

Bunları nəzərə alaraq, mərkəzi banklar və hökumətlər qızılın davamlı dəyərini və əhəmiyyətini nümayiş etdirərək əhəmiyyətli miqdarda qızıl saxlamağa davam edirlər. Yəni, qızıl hazırda müasir dünya iqtisadiyyatında mühüm rol oynayır, bunu dünya bazarlarında onun qiymətində güclü sıçrayış da sübut edir.

Qiymət artımına aparan yol

Qeyd etmək lazımdır ki, 2024-cü il qızıl üçün son 10 ildə ən uğurlu il olub, onun gəlirliyi fond bazarının göstəricilərini üstələyib və o, ən uğurlu aktivlərindən birinə çevrilib.

Belə ki, il ərzində qızılın qiyməti 40 rekord həddi yeniləyib. Ötən ilin dördüncü rübündə qızılın bir troya unsiyasının orta qiyməti (31,1 qram) rekord həddə - 2 663,4 ABŞ dollarına çatıb ki, bu da illik ifadədə 35% artım deməkdir. Öz növbəsində, qiymətli metal üzrə orta illik unsiya üçün 2 386,2 ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin göstəricisindən 23% çoxdur.

“Qızıl hasilatı və emalı sahəsində artımlar ümumi qızıl təklifinin artmasına səbəb olub. Ümumi qızıl tədarükləri illik müqayisədə 1% artaraq 4974 tona çatıb, bu da bizim məlumatlara görə maksimum göstəricidir”, - bu barədə Dünya Qızıl Şurası (WGC) qeyd edib.

WGC-nin məlumatlarına əsasən, 2024-cü ildə qızıla olan qlobal tələbat 2024-cü ildə rekord 4974,5 tona çatıb, bu da illik müqayisədə 1% artım deməkdir. Dördüncü rübdə qızıla olan qlobal tələbat 1297,4 ton səviyyəsində olub, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1% çoxdur.

Vəcib məqamlardan biri odur ki, ötən ilin dördüncü rübündə dəyər ifadəsində qızıla olan tələbat 111 mlrd. dollar təşkil edib. Ötən ilin sonunda qızıla tələbat tarixin ən yüksək illik səviyyəsinə yüksələrək 382 mlrd. dollar təşkil edib.

Son illərdə qızılın qiymətinin sürətlə artması mərkəzi bankların fəaliyyəti ilə əlaqələndirilir. 2022-2024-cü illər ərzində qiymətli metal 50% bahalaşdı, rəsmi alışların həcmi isə rekord səviyyəyə çatdı. Bu dövr ərzində mərkəzi banklar hər il orta hesabla 1 000 tondan çox qızıl alıblar ki, bu da orta illik göstəricidən (350 ton) üç dəfəyə yaxın çoxdur.

WGC-nin, Monetar və Maliyyə Təşkilatlarının Rəsmi Forumunun ekspertləri və investisiya analitikləri 2024-cü ildə qızılın qiymətinin kəskin artımını bir sıra amillərlə əlaqələndirirlər: pandemiya və enerji böhranı zamanı kəskinləşən yüksək inflyasiya, mərkəzi bankların pul siyasətindəki dəyişikliklər və geosiyasi gərginliyin artması. Əsas faktorlar sırasında Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdə vəziyyətin gərginləşməsini və dünya əhalisinin yarısını əhatə edən çoxsaylı seçkilərin baş tutması qeyd olunur.

Növbəti sıçrayış

Ötən il sarı metalın qiymətində görünməmiş artım haqqında nə qədər danışsaq da, onu 2025-ci ilin göstəriciləri ilə müqayisə etmək mümkün deyil. Qızılın qiyməti yeni rekordlar qıraraq sürətlə artmaqda davam edir.

Qızılın qiyməti bu yaxınlarda 3370 dollar həddini keçərək yeni rekorda imza atıb. Bu, ilin əvvəli ilə müqayisədə 26% çoxdur.

Bunun fonunda, 2025-ci il üçün qızıl üzrə ABŞ-ın ən böyük bankları (“JPMorgan”, “Goldman Sachs”, “UBS” və “Citigroup)” tərəfindən hələ keçən il 3 000 dollar səviyyəsində müəyyən edilmiş ümumi qiymət hədəfi artıq öz aktuallığını itirib.

Rekordların yaratdığı proqnozlar

Qiymətlərin kəskin artması yeni proqnozlar və gözləntilər yaradır. Belə ki, bu yaxınlarda “Goldman Sachs”ın analitikləri qızılın qiyməti üzrə proqnozunu artırıblar. Bloomberg-in məlumatına görə, investisiya bankı ilin sonuna qədər qızılın bir unsiyasının qiymətinin 3700 dollar/unsiyaya yüksələcəyini, 2026-cı ilin ortalarına qədər isə 4000 dollar/unsiyaya çatacağını gözləyir.

“Goldman Sachs proqnozu bir ay ərzində artıq ikinci dəfə yeniləyir. Mart ayında bankın analitikləri 2025-ci ilin sonuna qədər qızıl üçün hədəf göstəricisini 3300 dollar/unsiya səviyyəsinə qaldırmışdılar.

“Goldman Sachs” mərkəzi bankların qızıl alımında daha yüksək tələbat gözləyir - orta hesabla ayda 80 ton (əvvəlki qiymətləndirmə 70 ton). Resessiya risklərinin artması da ehtimal ki, qızıl ilə təmin olunmuş birja fondlarına vəsait axınını artıracaq.

"Qızıl alımlarının artması ehtimal ki, investorların resessiya riskinə qarşı qorunma tələbinin yenidən artmasını və riskli aktivlərin qiymətlərinin azalmasını əks etdirir," – “Goldman Sachs”ın analitikləri qeyd edirlər.

Bununla yanaşı, qızıl üzrə proqnozunu “UBS Group” da artırıb. Qrupun analitiki Coni Teves bildirir ki, dəyərli metalın qiyməti 2025-ci ilin dekabrına qədər 3500 dollar/unsiya səviyyəsinə çata bilər.

Coni Teves qeyd edib ki, qızıl barəsində böyük tələbat müxtəlif mənbələrdən gələcək - həm pərakəndə investorlar, həm də özəl aktiv və kapital idarəçiləri tərəfindən.

Dəyişkən ticarət siyasəti səbəbi

Yeni proqnozlar qızılın kəskin artması səbəbindən ortaya çıxıb. Bu qeyri-müəyyənlik ABŞ prezidenti Donald Trampın ticarət siyasəti ilə bağlıdır ki, bu da dünya bazarlarında volatilliyi artırıb. ABŞ-ın xarici ticarət tariflərinə dair siyasətindəki kəskin dəyişikliklər səhmlərin, istiqrazların və dolların geniş miqyaslı satışına səbəb olub ki, bu da mümkün qlobal resessiya ilə bağlı artan narahatlıqlar fonunda baş verib.

Azərbaycan qızıl ehtiyatlarını artırır

Dünyada mövcud qeyri-müəyyənliklər və baş verən geosiyasi proseslər Azərbaycan üçün də yeni çağırışlar doğurub. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) investisiya strategiyasında əvvəlcədən müəyyən olunmuş hədəflərə uyğun olaraq qızıla olan investisiyalarını artırır.

Qeyd olunan planlar çərçivəsində, Neft Fondu bu il qızıl ehtiyatlarını 170 tona, investisiya portfelində isə onun payını 25%-ə çatdıracaq.

ARDNF-nin son hesabatəna əsasən, 2025-ci ilin ilk rübündə Fondun investisiya portfelinin 16 milyard 134,4 milyon dollarlıq hissəsini (25,8%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 3 mlrd. 779,8 mln. ABŞ dolları artırıb. Belə ki, ötən ilin sonunda Fondun investisiya portfelinin 12 mlrd. 354,6 mln.dollarlıq ABŞ dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edib.

Qeyd etmək lazımdır ki, ARDNF bu ilin ilk rübündə 18,7 ton qızıl alıb. Belə ki, 2024-cü ilin sonuna Fondun qızıl ehtiyatı 146,6 ton təşkil etdiyi halda bu il aprelin 1-nə bu rəqəm 165,3 tona qədər yüksəlib. Ümumilikdə isə, ARDNF 2024-cü ilin əvvəlindən indiyə kimi 63,5 ton qızıl alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Aprel 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri