Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“İnter”in baş məşqçisi Simone İnzagi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu çalışdıra bilər.
“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, UEFA Çempionlar Liqasının finalında PSJ ilə matçın nəticəsi məşqçinin qərarına təsir etməyəcək.
Hazırda mütəxəssisin yeni komandası ilə əməkdaşlığı razılaşdırılmayıb. Tərəflər müqavilənin detallarını müzakirə edirlər. İtaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı komandası ilə müqaviləyə əsasən ildə 25 milyon dollar alacaq.
Qeyd edək ki, 2024/2025 mövsümünün sonunda “İnter” A Seriyasının turnir cədvəlində ikinci yeri tutub.