İnzagi Səudiyyə Ərəbistanı klubu ilə anlaşdı
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“İnter”in baş məşqçisi Simone İnzagi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu çalışdıra bilər.
“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, UEFA Çempionlar Liqasının finalında PSJ ilə matçın nəticəsi məşqçinin qərarına təsir etməyəcək.
Hazırda mütəxəssisin yeni komandası ilə əməkdaşlığı razılaşdırılmayıb. Tərəflər müqavilənin detallarını müzakirə edirlər. İtaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı komandası ilə müqaviləyə əsasən ildə 25 milyon dollar alacaq.
Qeyd edək ki, 2024/2025 mövsümünün sonunda “İnter” A Seriyasının turnir cədvəlində ikinci yeri tutub.

Səudiyyə Ərəbistanı klubu Xavi ilə maraqlanır
03 May 2025 11:42
Səudiyyə Ərəbistanı klubu Neymarla vidalaşa BİLƏR
06 Noyabr 2024 19:46
Səudiyyə Ərəbistanı klubu Neymarla vidalaşa bilər
06 Noyabr 2024 21:02
Səudiyyə Ərəbistanı klubu Ziyexlə danışıqlara başladı
10 Yanvar 2025 10:27
Səudiyyə Ərəbistanı klubu Xaviyə təklif göndərib
15 İyun 2025 10:30

