Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İnzibati məhkəmə qərarın icrasından, mülki məhkəmə icraatdan imtina edir, Ali Məhkəmə mümkün saymır Məhkəmə qərarlarının dövlətin adından çıxarılması, məhkəmə aktlarının məcburiliyi, icra olunmamasının qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olması Konstitusiyanın 129-cu, MPM-in 15-ci maddəsində təsbit olunub.
İPM-in 116.1-ci maddəsində yazılıb: “Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri tətbiq olunur”.
Ali Məhkəmənin Plenumu 19.11.2021-ci ildə formalaşdırdığı inzibati məhkəmə qərarlarının icrasının təmin edilməsi təcrübəsində hətta MPM-də nəzərdə tutulan MƏHKƏMƏ AKTININ İZAH EDİLMƏSİnə baxılması vurğulanıb.
Qanunvericilik normalarını vurğulamaqda amacımız Bakı İnzibati Məhkəməsinin (BİM) qəbul etdiyi qərarların icrasına qeyri-prosessual qadağasını, hətta tələbkarın ərizələrinin qəbulundan imtina edilməsini, ümumi məhkəmələrin, cinayət məhkəmələrinin isə BİM-ə müraciət etməyi məsləhət görməsini diqqətə çatdırmaqdır.
Beləcə məhkəmə qərarlarının icrasına qadağa qoymaqla, Konstitusiyaya da , məhkəmə müdafiəsi hüququna da qadağa qoyulmuş olur və dolanbacdan, labirintdən çıxmaq icranın təmin olunmasına verilən ərizənin özü kimi mümkün olmur.
Necə mümkün olsun, BİM artıq 30 aydır borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının dayandırdığı 05.07.2017-ci il tarixli qərarın icrasının bərpasına, dəyən ziyanın ödənilməsinə tələbkarın verdiyi 1000-ə yaxın ərizəyə (ərizələrin sayını , statistikasını borclunun 43 nəfərlik 39 saylı bürosu məhkəmələrə təqdim edir(??) baxmır.
Hətta elektron kabinetdən verilən ərizələrin qəbulundan dələduzluqla (bunun başqa adı varmı?) imtina edilir.