Icma.az
close
up
RU
İnzibati məhkəmə qərarının icra olunmamasından dəyən ziyan mülki qaydada tələb oluna bilməz?

İnzibati məhkəmə qərarının icra olunmamasından dəyən ziyan mülki qaydada tələb oluna bilməz?

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnzibati məhkəmə qərarın icrasından, mülki məhkəmə icraatdan imtina edir, Ali Məhkəmə mümkün saymır

Məhkəmə qərarlarının dövlətin adından çıxarılması, məhkəmə aktlarının məcburiliyi, icra olunmamasının qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olması Konstitusiyanın 129-cu, MPM-in 15-ci maddəsində təsbit olunub.  İPM-in 116.1-ci maddəsində yazılıb: “Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri tətbiq olunur”. Ali Məhkəmənin Plenumu 19.11.2021-ci ildə formalaşdırdığı inzibati məhkəmə qərarlarının icrasının təmin edilməsi təcrübəsində hətta MPM-də nəzərdə tutulan MƏHKƏMƏ AKTININ İZAH EDİLMƏSİnə baxılması vurğulanıb.

Qanunvericilik normalarını vurğulamaqda amacımız Bakı İnzibati Məhkəməsinin (BİM) qəbul etdiyi qərarların icrasına qeyri-prosessual qadağasını, hətta tələbkarın ərizələrinin qəbulundan imtina edilməsini, ümumi məhkəmələrin, cinayət məhkəmələrinin isə BİM-ə müraciət etməyi məsləhət görməsini diqqətə çatdırmaqdır. Beləcə məhkəmə qərarlarının icrasına qadağa qoymaqla, Konstitusiyaya da , məhkəmə müdafiəsi hüququna da qadağa qoyulmuş olur və dolanbacdan, labirintdən çıxmaq icranın təmin olunmasına verilən ərizənin özü kimi mümkün olmur. Necə mümkün olsun, BİM artıq 30 aydır borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının dayandırdığı 05.07.2017-ci il tarixli qərarın icrasının bərpasına, dəyən ziyanın ödənilməsinə tələbkarın verdiyi 1000-ə  yaxın ərizəyə (ərizələrin sayını , statistikasını borclunun 43 nəfərlik 39 saylı bürosu məhkəmələrə təqdim edir(??) baxmır. Hətta elektron kabinetdən verilən ərizələrin qəbulundan  dələduzluqla (bunun başqa adı varmı?)  imtina edilir. PA, MHŞ yolu ilə məhkəməyə daxil olan, eləcə də birbaşa dəftərxanaya təqdim edilən  ərizələr isə ( 8-1 kodu) kabinetdə yerlöşdirilmir. Halbuki ərizələrin qəbulundan imtina edilməsinin etibarsız sayılması prosessual məcəllənin tələbidir və məhkəməyə, Konstitusiyaya  hörmətsizlik deməkdir.

Nə isə, tələbkar ərizələrinin qəbulundan imtinadan bezib, ümumi məhkəməyə müraciət edib. Nərimanov məhkəməsi (h. Ramin Quliyev) iddianı yolverilməzliyinə görə geri qaytarıb ki, inzibati məhkəməyə müraciət edilməlidir. Qərardaddan şikayəti birbaşa kassasiya instansiyasına göndərən hakim unudub ki, tələbkar məhkəmə qərarının icrasını təkcə inzibati məhkəmədən yox, həm də ümumi məhkəmədən, hətta cinayət məhkəməsindən (CM-in 306-cı maddəsi) də tələb edə bilər. Eyni zamanda iş inzibati məhkəməyə aiddirsə, iş üzrə icraata xitam verilir, daha geri qaytarılmır. Hakim Ramin Quliyevin  elementar hüquqdan xəbərinin olmaması, iddianın mümkün sayılmaması haqqında qərardadı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi kimi preyudisial akt qüvvəsinə mindirməsi təcrübəsi ona etirazla nəticələnsə də etiraza baxılmayıb. Ali Məhkəmə (s/e Vüqar Həsənov, Bəhram Məmmədli, Sərvər Vəliyev) 03.09.2025-ci ildə tələbkar 1-ci dərəcəli Qarabağ əlilinin  kassasiya şikayətinin vəkilsiz (?) tərtib edildiyinə görə mümkün sayılmaması (?) haqqında kabinetdə məlumat yerləşdirib. Konstitusiyanın mümkün sayılmaması özbaşınalığına baxın, bəyəm tələbkar kassasiya şikayəti verib ki, vəkilsiz olduğundan mümkün sayılmasın? Tələbkarın qərardaddan şikayətini birinci instansiya məhkəməsi yanlış olaraq aidiyyatın müəyyən olunması üçün  kassasiya instansiyasına göndərib. Ali instansiya bu yanlışlığa qiymət vermək yerinə, (verilməyən) kassasiya şikayətini mümkün saymayıb. Halbuki qərardad ləğv edilməli, icraata xitam verilməli və BİM-ə müraciət edilməli olması göstərilməlidir. Niyə prosessual qanunvericiliyə yox, qeyri-prosessual ilişgiyə üstünlük verilir? Çünki borclu ƏƏSMN, tabeliyindəki qurumlar, XŞTMF, 39 saylı “sosial məmur bürosu” (oxuma vəkil bürosu!) məhkəmələri əlillərin , qazilərin, şəhidlərin, pensiyaçıların qanpulu müavinətləri, təqaüdləri, pensiyaları ilə satın alıb. Daha bunun başqa adı yoxdur ki!

İndi söz, Zamin Hacının sözü olmasın (ya da olsun!) əlaqədar təşkilatlarındır: BİM ərizələri qəbul etmir, ümumi , cinayət məhkəmələri ona aid olmadığını aktlaşdırır, Ali Məhkəmə mümkün saymır; bəs məhkəmə qərarlarının icrasını, Konstitusiyanı kim mümkün etməlidir?

Cavabı BİM-ə göndərməyin anlamı yoxdur, qəbul edilmir!(?)

Məğrur BƏDƏLSOY

P. S. Bakı İnzibati Məhkəməsinin məhkəməyə tələbkar kimi verilən ərizələri qəbul etməməsindən bir il qabaq Nəsimi məhkəməsində iddia qaldırılıb. Hakim Əfsanə Heydərova 5 aydan sonra tələbi “bölüb”, bir hissədə baxılmamış saxlayıb, o biri hissədə icraata xitam verib ki, BİM məhkəmə deyil. Apellyasiya instansiyası da bunu qüvvədə saxlayıb. Ali Məhkəmə (s/e Əhməd Əhmədov, (həmin) Vüqar Həsənov və İspəndiyar Şəfiyev) 03.09.2025-ci ildə kabinetdə məlumat yerləşdirib ki, 1 aydır icraatda  mümkün sayılan şikayət qeyri-mümkün sayılıb(??). Bunu necə anlayaq, tələbkarın heç hüququ yoxdur?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri