Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İordaniya hava məkanını işğal etmək və İrana hücumlar üçün ərazisindən istifadə edilmək cəhdlərinə qarşı durmaq üçün əlindən gələni edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparan İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfadi bildirib.
Nazir deyib ki, İordaniya heç bir regional münaqişədə döyüş meydanına və ya İrana qarşı hərbi əməliyyatlar üçün platformaya çevrilməyəcək:
"Krallıq heç bir tərəfin onun hava məkanını pozmasına və ya vətəndaşlarının təhlükəsizliyini təhdid etməsinə icazə verməyəcək".
Əs-Səfadi İordaniyanın Yaxın Şərqdə gərginliyin azaldılması və sakitliyin bərqərar olması səylərini dəstəklədiyini bir daha vurğulayıb.
O, İranın nüvə proqramı məsələsinin həlli üçün diplomatiya və dialoqdan bir vasitə kimi istifadə etməyin vacibliyini bildirib.
Anar