İordaniya İrana qarşı hərbi əməliyyatlar üçün tramplin olmayacaq
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İordaniya hava məkanını işğal etmək və İrana hücumlar üçün ərazisindən istifadə edilmək cəhdlərinə qarşı durmaq üçün əlindən gələni edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparan İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfadi bildirib.
Nazir deyib ki, İordaniya heç bir regional münaqişədə döyüş meydanına və ya İrana qarşı hərbi əməliyyatlar üçün platformaya çevrilməyəcək:
"Krallıq heç bir tərəfin onun hava məkanını pozmasına və ya vətəndaşlarının təhlükəsizliyini təhdid etməsinə icazə verməyəcək".
Əs-Səfadi İordaniyanın Yaxın Şərqdə gərginliyin azaldılması və sakitliyin bərqərar olması səylərini dəstəklədiyini bir daha vurğulayıb.
O, İranın nüvə proqramı məsələsinin həlli üçün diplomatiya və dialoqdan bir vasitə kimi istifadə etməyin vacibliyini bildirib.
Anar
Bu mövzuda digər xəbərlər:İrana qarşı əməliyyatlar rejimi dəyişəcəkmi?
01 Fevral 2026 11:51
İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək
31 Yanvar 2026 00:12
Ərazimizdən İrana qarşı əməliyyatlar üçün istifadəyə imkan verməyəcəyik Bayramov
29 Yanvar 2026 23:47
Ceyhun Bayramov: “İrana qarşı hərbi əməliyyatlar narahatlıq doğurur”
21 İyun 2025 18:53
İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir
17 İyun 2025 17:18
Baxış sayı:48
Bu xəbər 02 Fevral 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















