“iPhone”un 20 illiyinə xüsusi telefon hazırlanır Cəmi 1 millimetr olacaq

20.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Apple" şirkəti "iPhone"un 20 illiyinə həsr olunacaq yeni telefon üzərində işləyir.

“Yeni Sabah” xəbər verir ki, şirkət model üçün biri düz, digəri isə 4 tərəfi əyri şüşədən ibarət 2 fərqli dizaynı sınaqdan keçirir.

Yubiley modeli 2027-ci ilin payızında təqdim ediləcək. Sınaqdan keçirilən dizaynlardan birində ekranın kənarındakı çərçivələrin qalınlığının təxminən 1 millimetrə qədər azaldılması nəzərdə tutulur. Elektronika məhsulları

"Apple" hazırda 4 sınaq nümunəsi üzərində işləyir. Onlardan 2-si düz şüşə, digər 2-si isə dörd tərəfi əyri şüşə ilə hazırlanıb. Lakin bu, 4 ayrı telefon modelinin hazırlanması demək deyil. Düz şüşəli nümunələr "iPhone 20 Pro" və "Pro Max" modelləri üçün alternativ dizayn ola bilər. Digər ehtimal isə onların gələcək standart iPhone 20 seriyasına aid olmasıdır.

Dörd tərəfi əyri şüşədən hazırlanan dizaynda ekranın kənarındakı çərçivələrin qalınlığının təxminən 1 millimetr olması planlaşdırılır. Bu yenilik telefonun demək olar ki, çərçivəsiz görünməsini təmin edəcək. "Apple" şirkətinin bu dizayn üzərində təxminən 3 ildir işlədiyi bildirilir. İlk sınaq nümunələrində telefonun kənarları daha çox əyri olub. Sonrakı mərhələlərdə isə bu əyrilik azaldılıb. "Apple"ın "iPhone"un 20 illiyinə özəl hazırladığı telefonu hansı adla təqdim edəcəyi hələ məlum deyil. 

Əsmətxanım Rzazadə 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью