“iPhone”un 20 illiyinə xüsusi telefon hazırlanır Cəmi 1 millimetr olacaq
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Apple" şirkəti "iPhone"un 20 illiyinə həsr olunacaq yeni telefon üzərində işləyir.
“Yeni Sabah” xəbər verir ki, şirkət model üçün biri düz, digəri isə 4 tərəfi əyri şüşədən ibarət 2 fərqli dizaynı sınaqdan keçirir.
Yubiley modeli 2027-ci ilin payızında təqdim ediləcək. Sınaqdan keçirilən dizaynlardan birində ekranın kənarındakı çərçivələrin qalınlığının təxminən 1 millimetrə qədər azaldılması nəzərdə tutulur. Elektronika məhsulları
"Apple" hazırda 4 sınaq nümunəsi üzərində işləyir. Onlardan 2-si düz şüşə, digər 2-si isə dörd tərəfi əyri şüşə ilə hazırlanıb. Lakin bu, 4 ayrı telefon modelinin hazırlanması demək deyil. Düz şüşəli nümunələr "iPhone 20 Pro" və "Pro Max" modelləri üçün alternativ dizayn ola bilər. Digər ehtimal isə onların gələcək standart iPhone 20 seriyasına aid olmasıdır.
Dörd tərəfi əyri şüşədən hazırlanan dizaynda ekranın kənarındakı çərçivələrin qalınlığının təxminən 1 millimetr olması planlaşdırılır. Bu yenilik telefonun demək olar ki, çərçivəsiz görünməsini təmin edəcək. "Apple" şirkətinin bu dizayn üzərində təxminən 3 ildir işlədiyi bildirilir. İlk sınaq nümunələrində telefonun kənarları daha çox əyri olub. Sonrakı mərhələlərdə isə bu əyrilik azaldılıb. "Apple"ın "iPhone"un 20 illiyinə özəl hazırladığı telefonu hansı adla təqdim edəcəyi hələ məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 20 Noyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















