Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bankların öz vəsaitləri hesabına ayırdığı kreditlərdə artım yoxdur 2024-cü ilin III rübündə Azərbaycanda ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib.
Mərkəzi Bankın (MB) “Kreditləşmə fəaliyyətinə dair sorğu” hesabatında bildirilir ki, sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub.
İpoteka Kredit və Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməsə də, daşınmaz əmlak bazarındakı dalğalanmalar, bankların kapital və likvidlik mövqeyi ilə bağlı vəziyyət kredit şərtlərinin sərtləşməsində rol oynayan əsas faktorlar hesab edilir.
Eləcə də bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar sırasında olub.
Yəni, əvvəlki rüblə müqayisədə bankların likvidlik mövqeyi kredit bazarına təsir edib və şərtlər yumşalmayıb.
Banklar növbəti rübdə, yəni 2024-cü ilin son aylarında da kredit standartlarında dəyişiklik olmayacağını gözləyir.
Bu, həm İKZF-nin hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditlərində gözlənilir.