Icma.az
close
up
RU
İpoteka Fondu daha çox kredit versə də...

İpoteka Fondu daha çox kredit versə də...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bankların öz vəsaitləri hesabına ayırdığı kreditlərdə artım yoxdur

2024-cü ilin III rübündə Azərbaycanda ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. Mərkəzi Bankın (MB) “Kreditləşmə fəaliyyətinə dair sorğu” hesabatında bildirilir ki, sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. İpoteka Kredit və Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməsə də, daşınmaz əmlak bazarındakı dalğalanmalar, bankların kapital və likvidlik mövqeyi ilə bağlı vəziyyət kredit şərtlərinin sərtləşməsində rol oynayan əsas faktorlar hesab edilir. Eləcə də bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar sırasında olub. Yəni, əvvəlki rüblə müqayisədə bankların likvidlik mövqeyi kredit bazarına təsir edib və şərtlər yumşalmayıb. Banklar növbəti rübdə, yəni 2024-cü ilin son aylarında da kredit standartlarında dəyişiklik olmayacağını gözləyir. Bu, həm İKZF-nin hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditlərində gözlənilir.

Tələb daha böyükdür, kredit isə azdır

Sorğuya əsasən, III rübdə ölkədə ipoteka kreditlərinə tələb azalıb. Tələbdəki azalmanın əsas hərəkətverici faktoru daxili ipoteka kreditləri ilə bağlıdır. İpoteka Fondu öz resursları hesabına kreditləşməni normal məbləğlərdə təmin etsə də, banklar öz vəsaitləri hesabına kredit ayrılmasında xəsislik edib. Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 383,1 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz  çoxdur. Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,4 faiz artaraq 378,8 milyon manat olub. Ancaq, bankların daxili resurslarında artım baş verməyib.

Qeyd edək ki, ölkəmizdə ipoteka kreditlərinin ümumi illik həcmi təxminən 3,2 milyard manat təşkil edir. Bu məbləğ müəyyən qədər böyük olsa da, qaneedici hesab olunmur. Çünki ölkədə mənzil bazarının ehtiyaclarını nəzərə aldıqda ipotekalaşma ümumi tələbin 30-40 faizini belə ödəmir. İpoteka kreditlərinə tələbin azalması şərtlərin çətinliyi ilə yanaşı, ipoteka mexanizmindəki əlçatanlığın səmərəli olmaması ilə bağlıdır. Kreditlərin bütün sosial qruplara şamil olunmaması, yaş amili və digər məhdudiyyətlər kreditlərə çıxışın qarşısını alır. İpoteka götürənlərin sayının azalmasına bir səbəb də insanların istehlak xərclərinin artması müqabilində gəlirlərinin azalmasıdır. Bu amil daha çox rayonlarda nəzərə çarpır.

İpoteka kreditlərinin 90 faizindən çoxu paytaxtda cəmləşir

Qiymətləndirmələrə əsasən, ipoteka kreditlərinin 90 faizindən çoxu, yəni 3 milyard manatı Bakının payına düşür. Sumqayıt və Gəncə şəhərlərini çıxsaq, rayonlarda ipotekaya çıxış, demək olar ki, yox dərəcəsindədir. Belə ki, ipoteka kreditlərinin 5,2 faizi Sumqayıtın, 2,1 faizi Gəncənin payına düşür. Yerdə qalan 2,2 faiz nisbətində kreditlər respublikamızın digər rayonlarının payına düşür ki, bu da maliyyə məbləği baxımından 72,9 milyon manat deməkdir. Ölkə üzrə ümumilikdə 3,3 milyard manat həcmində ipoteka portfelinin cəmi 72 milyon manatının rayonlarda cəmləşməsi bölgələrdə ipoteka sisteminin zəif işləməsini göstərir.

İpoteka kreditlərinin əsas etibarilə paytaxtda cəmləşməsinin başlıca səbəblərindən biri burada maaşların məbləğinin daha yüksək olmasıdır. Bölgələrdə yaşayan insanların əməkhaqqı ilə paytaxtda çalışanların əməkhaqqı arasındakı fərqlə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin aprel ayına qədər olan dövrdə Bakı şəhərində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı təxminən 1243,7 manat təşkil edib. Paytaxtın rayonları arasında da maaş fərqləri mövcuddur və ən yüksək əməkhaqqı Pirallahı və Səbail rayonundadır, təxminən 2100-2250 manata bərabərdir. Sonrakı yerlərdə Qaradağ, Xəzər, Xətai, Nəsimi, Nizami və Nərimanov rayonlarıdır.

İpotekaya əlçatanlığın təmin edilməsi məqsədilə...

Bütün bunlar bir daha fondun kredit coğrafiyasının paytaxtdan regionlara yönləndirilməsi və sosial kateqoriyaların durumu nəzərə alınmaqla, ipotekanın şərtlərinin regionlar üzrə yumşaldılması zərurətlərini də aktuallaşdırır. Qeyd edək ki, bölgələrdə yaşayan müxtəlif sosial kateqoriyaların ipotekaya əlçatanlığının təmin edilməsi uzun müddətdir ki, müzakirə olunur. Bununla bağlı “İpoteka haqqında” qanuna yeni dəyişikliklər layihəsi də hazırlanıb. Dəyişikliklər əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə ipoteka kreditlərinə çıxışın asanlaşdırılmasını nəzərdə tutur və müxtəlif sosial kateqoriyaların kredit alması imkanlarının sadələşdirilməsi təklif olunur.

İpoteka və Kredit Zəmanət Fondunun mövcud maliyyə portfeli imkan verir ki, bölgələrlə paytaxt arasında fərqli ipoteka şərtləri tətbiq olunsun. Bunun üçün beynəlxalq ipoteka bazarlarındakı vəziyyəti və təcrübənin öyrənilməsinə də zərurət vardır. Nəticədə bu təkliflərin öz həllini tapması bu kreditlərdən faydalana biləcək şəxslərin dairəsinin genişlənməsinə və yeni ipoteka məhsullarının tətbiqinə səbəb ola bilər.

E.Cəfərli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2024 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see359

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see342

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see279

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see263

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see261

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see258

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see248

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see241

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see237

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see228

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see217

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see213

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see206

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see206

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see205

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see197

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see196

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see193

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see190

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri