Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda ev almaq istəyənlər üçün ipoteka illərdir ən etibarlı və rəsmi maliyyə mexanizmlərindən biri hesab olunur.
Xüsusilə dövlət tərəfindən dəstəklənən ipoteka proqramları minlərlə ailənin mənzil sahibi olmasına imkan yaradıb.
Mütəxəssislər bildirir ki, ipoteka ilk növbədə planlı maliyyə intizamı və uzunmüddətli güvən üzərində qurulmuş sistemdir.İpotekanın əsas üstünlüklərindən biri alıcının böyük məbləği birdəfəyə ödəmədən ev sahibi ola bilməsidir.
Aylıq ödənişlərin əvvəlcədən müəyyən edilməsi ailə büdcəsinin planlaşdırılmasını asanlaşdırır və illərlə davam edən stabil ödəniş modeli yaradır.
Bu baxımdan ipoteka xüsusilə rəsmi gəliri olan və uzunmüddətli maliyyə sabitliyinə üstünlük verən şəxslər üçün ideal seçim sayılır.Əmlak bazarı üzrə ekspertlərin fikrincə, ipoteka alıcılara həm də psixoloji rahatlıq verir.
Müqavilənin bank vasitəsilə bağlanması, hüquqi mexanizmlərin mövcudluğu və dövlət nəzarəti bir çox insan üçün əlavə güvən yaradır.
Bu səbəbdən ipoteka uzun illərdir ev almağın əsas yollarından biri olaraq qalır.Bununla yanaşı, bazarda müşahidə olunan inkişaf göstərir ki, alıcıların bir qismi ipotekaya alternativ, lakin eyni dərəcədə planlı və şəffaf modellərə də maraq göstərir.