Icma.az bildirir, Turkstan.az portalına istinadən. “Armaturun qiyməti qalxdı, mənzil bazarında bahalaşma olacaq” Azərbaycanda adi və güzəştl
“Yeni Müsavat”ın xəbərinə görə, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun yaydığı məlumatda bildirilib.
Qeyd edilir ki, 6-7 fevral tarixlərində adi ipoteka kreditləri üzrə 1 337, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb.
Fevralın 7-dən həm də güzəştli ipoteka kreditləri üzrə vətəndaşların müraciətinə start verilib.
Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət ”sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya “Asan İmza” vasitəsilə həyata keçiriləcək.
Yada salaq ki, bir neçə ay öncə İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edilmişdi.
Prezident İlham Əliyevin fərmanına əsasən, fondun nizamnamə kapitalı artırılıb və 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.
Bəs hazırda ev bazarında vəziyyət necədir? Evlərin satışında qiymət artımı yaşanırmı?