Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin birinci yarısında 29 minə yaxın ipoteka müqaviləsi qeydiyyata alınıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, hesabat dövründə daşınmaz əmlak üzərində 173 min 383 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Qeydiyyata alınan mülkiyyət hüququnun 30 min 352-si (17,5%) ilkin, 143 min 31-i (82,5 %) isə təkrar qeydiyyatın payına düşür.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 46 min 762-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Əmlak eksperti Ramil Qasımzadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, statistikada təqdim edilən evlərin hamısı İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilməyib: "20 il ərzində İpoteka və Kredit Zəmanət Fondunun verdiyi ipotekanın sayı 54 min 904 olub.
Elə bilirlər ki, camaat ipoteka ilə ev götürüb, xeyir, belə deyil. Məsələn, adam birinə borc pul verir, deyir ki, əmlakını girov qoy.
Bunun özü də ipoteka müqaviləsi sayılır. Bunların arasında digər şirkətlər tərəfindən satılan evlər də ola bilər.