Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. Boşanma, təkcə emosional deyil, eyni zamanda hüquqi və maddi çətinliklər yaradan bir
Xüsusilə, ər-arvadın illər ərzində əldə etdiyi əmlakın necə bölünməsi məsələsi mübahisəli mövzulardan biridir.
Qanunvericiliyə əsasən, nikah dövründə əldə edilən əmlak birgə mülkiyyət hesab edilir və boşanma zamanı müəyyən qaydalarla bölünür.
Lakin burada bir sıra istisnalar və xüsusi hallar mövcuddur.
Bu barədə Moderator.az-a danışan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib ki, qanunvericiliyə əsasən, ailə mübahisələri (nikahın pozulması, aliment tələbi, uşaqların qəyyumluğu və s.), əmək mübahisələri, kommersiya və əmlak mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesindən keçmək məcburidir: “Boşanma zamanı sonra yaranan və uzunsürən məhkəmə mübahisələrinə səbəb olan problemlərdən biri də əmlak bölgüsüdür.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur.
Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur.
Əlbəttə, bu onlar arasında fərqli qaydalar nəzərdə tutuan razılaşma olmadığı halda keçərlidir.