Icma.az
close
up
RU
İpoteka və kredit borcları boşanma zamanı necə bölünür? Hüquqşünasdan açıqlama

İpoteka və kredit borcları boşanma zamanı necə bölünür? Hüquqşünasdan açıqlama

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Boşanma, təkcə emosional deyil, eyni zamanda hüquqi və maddi çətinliklər yaradan bir prosesdir. Xüsusilə, ər-arvadın illər ərzində əldə etdiyi əmlakın necə bölünməsi məsələsi mübahisəli mövzulardan biridir. Qanunvericiliyə əsasən, nikah dövründə əldə edilən əmlak birgə mülkiyyət hesab edilir və boşanma zamanı müəyyən qaydalarla bölünür. Lakin burada bir sıra istisnalar və xüsusi hallar mövcuddur. 

Bu barədə Moderator.az-a danışan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib ki, qanunvericiliyə əsasən, ailə mübahisələri (nikahın pozulması, aliment tələbi, uşaqların qəyyumluğu və s.), əmək mübahisələri, kommersiya və əmlak mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesindən keçmək məcburidir:

“Boşanma zamanı sonra yaranan və uzunsürən məhkəmə mübahisələrinə səbəb olan problemlərdən biri də əmlak bölgüsüdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur.

Əlbəttə, bu onlar arasında fərqli qaydalar nəzərdə tutuan razılaşma olmadığı halda keçərlidir. Birgə mülkiyyətə tərəflərin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri həmçinin ümumi gəlirləri hesabına əldə edilən əşyalar daxildir. Nəzərə alınmalıdır ki, əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud banklarda əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı  əmlak onların birgə mülkiyyətindədir”.

Hüquqşünas vurğulayıb  ki, tərəflərin birgə mülkiyyətində olmayan əmlakların çərçivəsinin müəyyən edilməsi bölgünün həyata keçirilməsi üçün zəruridir:

 “Belə ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Boşanma zamanı mübahisələndirilən məqamlardan biri də ziynət əşyalarının bölgüsüdür. Ailə Məcəlləsinin 34.2-ci maddəsində deyilir, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Buradan belə nəticə çıxarmaq mümkündür ki, ziynət əşyaları, şəxsə hədiyyə şəklində verilmişlər istisna olmaqla, kimin istifadəsində olmasından asılı olmayaraq ümumi birgə mülkiyyətdədir və boşanma zamanı bərabər hissədə bölünür. Qanunvericiliyin təsbit etdiyi digər mexanizm isə şəxsi mülkiyyətdə olan əşyanın hansı hallarda ümumi mülkiyyət hesab oluna bilməsini tənzimləyir. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən tərəflərdən birinə məxsus olan əmlak o halda onların birgə mülkiyyəti sayıla bilər ki, ər və ya arvad nikah dövründə həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoymuş olsun. Əmlakın dəyərinin əhəmiyyətli artırılmasına əsaslı təmir, avadanlığı dəyişdirmə və s. aid edilə bilər. 

Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli Qərarəna əsasən bu əmlakların qeydiyyatda olmamasına, hətta qanunsuz olmasına baxmayaraq, bundan sonra boşanma zamanı özbaşına tikililər də bölünəcək. Ali Məhkəmə Plenumunun martın 12 mart 2024-cü il tarixli Qərarında boşanma ilə bağlı indiyədək problemlər yaradan məsələlər həllin tapıb və dəqiqləşdirmələr aparılıb: Ali Məhkəmə Plenumunun Qərarında boşanmalar zamanı tez-tez rast gəlinən problemli olan qeydiyyatsız və özbaşına tikililər barədədir. Yeni qərara əsasən, əmlakların qeydiyyatda olmamasına, hətta qanunsuz olmasına baxmayaraq, bundan sonra boşanma zamanı özbaşına tikililər də bölünəcək. Eyni zamanda ər-arvadın birgə nikah dövründə ipoteka krediti ilə alınan əmlakı ilə bağlı yeni qayda tətbiq olunub. Əmlak ümumi hesab edildiyi kimi bankdan götürülən kredit də hər ik tərəfdən ödəməlidir”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Mart 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri