Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Azərbaycanın COP29-a ev sahibliyi etməsi olduqca önəmli bir məsələ idi.
Çünki belə bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın nüfuzunun artması demək idi. Azərbaycan bunu bacardı.
Çünki Azərbaycan hər zaman dünyanı narahat edən qlobal problemlərə həssaslıqla yanaşıb və öz töhfəsini verməyə çalışıb.
COP29 yüksək səviyyədə keçirildi. Liderlər Sammitinin açılış mərasimində prezident İlham Əliyev bütün dünyaya ciddi mesajlar verdi”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Ceyhun Məmmədov danışıb.
Deputat qeyd edib ki, dünyada ekoloji fəlakətlərə səbəb müharibələrdir və Azərbaycana qarşı 30 illik işğal dövründə torpaqlarımızda həyata keçirilən ekosid və urbisid buna bariz nümunədir.
Deputatın fikrincə, bu kimi problemlərin aradan qaldırılması üçün sülhə nail olmaq lazımdır.
Nəinki Azərbaycanda, regionda, bütün dünyada əmin-amanlığı qorumaq üçün çalışmaq lazımdır.