Icma.az
close
up
RU
İqlim dəyişikliyi tək ölkənin problemi deyil, bununla mübarizə də qlobal səviyyədə aparılmalıdır

İqlim dəyişikliyi tək ölkənin problemi deyil, bununla mübarizə də qlobal səviyyədə aparılmalıdır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanın COP29-a ev sahibliyi etməsi olduqca önəmli bir məsələ idi. Çünki belə bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın nüfuzunun artması demək idi. Azərbaycan bunu bacardı. Çünki Azərbaycan hər zaman dünyanı narahat edən qlobal problemlərə həssaslıqla yanaşıb və öz töhfəsini verməyə çalışıb. COP29 yüksək səviyyədə keçirildi. Liderlər Sammitinin açılış mərasimində prezident İlham Əliyev bütün dünyaya ciddi mesajlar verdi”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Ceyhun Məmmədov danışıb. Deputat qeyd edib ki, dünyada ekoloji fəlakətlərə səbəb müharibələrdir və Azərbaycana qarşı 30 illik işğal dövründə torpaqlarımızda həyata keçirilən ekosid və urbisid buna bariz nümunədir. Deputatın fikrincə, bu kimi problemlərin aradan qaldırılması üçün sülhə nail olmaq lazımdır. Nəinki Azərbaycanda, regionda, bütün dünyada əmin-amanlığı qorumaq üçün çalışmaq lazımdır.

Ceyhun Məmmədov

Ceyhun Məmmədov hesab edir ki, müharibələrin dayandırılmasında dinlərin də böyük potensialı var və bu məsələdə din liderlərinin də üzərinə məsuliyyət düşür. Deputat deyir ki, Azərbaycan bütün dinlərə bərabər münasibət göstərən multikultural bir ölkədir və bu da özünü COP29-da dünya üzrə dini liderlərin sammitində özünü bir daha göstərdi.

İştirak edən dövlətlərin iqlim dəyişiklikləri ilə mübarizəyə dəstək mövzusunda deputat qeyd edib ki, bu məsələ qlobal məsələdir və həlli asan məsələ deyil.

“Azərbaycan üzərinə düşəni etdi və çalışdı ki, bu proses maksimum dərəcədə irəliyə doğru getsin. Bunun üçün Azərbaycan mümkün olan hər şeyi etdi. Bundan sonrası məsuliyyət daşıyan dövlətlərin üzərinə düşən öhdəlikləri yerinə yetirməsindən asılıdır. Azərbaycan üzərinə düşəni etdi, bunun da nəticəsi olacaq. Proses davam etməlidir. Dövlətlər çalışmalıdırlar ki, bu məsələni tənzimləsinlər və qaydaya salsınlar. Bu problem bir ölkənin deyil, bütün dünyanın problemidir. Bu səbəbdən, belə bir mövqe ortaya qoymalıyıq”-deyən Ceyhun Məmmədov vurğulayıb ki, sonrakı mərhələdə dövlətlər öz öhdəliklərini nəzərə alacaq və buna uyğun addımlar atacaqlar.

Deputatın fikrincə, Azərbaycan bu prosesin tənzimlənməsinə doğru gedəcək və müəyyən nəticələr əldə ediləcək.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri