Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Moody’s”un hesabatında Azərbaycan ekoloji dayanıqlılığı təmin edən qabaqcıl dövlətlər sırasında yer alır “Moody’s” beynəlxalq reytinq agentliyinin bu günlərdə açıqladığı hesabata əsasən, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində təsirli addımlar atan ölkələr qrupunda yer alıb.
Hesabata görə, Azərbaycanda dekarbonizasiya investisiyalarının diversifikasiyasını genişləndirməklə dayanıqlı iqlim maliyyəsi formalaşdırmağa çalışır.
Bu siyasət, ümumilikdə, regionun davamlı inkişafı və rəqabət qabiliyyətinin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Reytinq agentliyinin hesabatında ölkəmizin xüsusi iqlim təşəbbüskarlığının dəyərləndirilməsində mühüm amillərdən biri kimi 2024-cü ilin sonlarında Bakıda uğurla və nümunəvi bir formada keçirilən COP29 platforması da əsas yer tutur.
196 ölkədən 72 min iştirakçının qatıldığı COP-29 sammiti beynəlxaql iqlim ailəsinin yüksək rəğbətini qazanmaqla tarixə ən uğurlu COP-lardan biri kimi düşdü.
İndiyə qədər iqlim hədəfləri ilə bağlı həll edilməmiş məsələlər məhz Bakıda müsbət anlaşma sayəsində təsdiqini tapdı.
Azərbaycan COP29-un Sədri kimi dünya iqlim ailəsi qarşısında irəli sürülən 14 əsas təşəbbüsün hər birini uğurla başa çatdırdı, dayanıqlı maliyyələşmə arxitekturasını qurdu.