Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

İqlim investisiyalarına açıq ölkə

İqlim investisiyalarına açıq ölkə

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Moody’s”un hesabatında Azərbaycan ekoloji dayanıqlılığı təmin edən qabaqcıl dövlətlər sırasında yer alır

“Moody’s” beynəlxalq reytinq agentliyinin bu günlərdə açıqladığı hesabata əsasən, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində təsirli addımlar atan ölkələr qrupunda yer alıb. Hesabata görə, Azərbaycanda dekarbonizasiya investisiyalarının diversifikasiyasını genişləndirməklə dayanıqlı iqlim maliyyəsi formalaşdırmağa çalışır. Bu siyasət, ümumilikdə, regionun davamlı inkişafı və rəqabət qabiliyyətinin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Reytinq agentliyinin hesabatında ölkəmizin xüsusi iqlim təşəbbüskarlığının dəyərləndirilməsində mühüm amillərdən biri kimi 2024-cü ilin sonlarında Bakıda uğurla və nümunəvi bir formada keçirilən COP29 platforması da əsas yer tutur. 196 ölkədən 72 min iştirakçının qatıldığı COP-29 sammiti beynəlxaql iqlim ailəsinin yüksək rəğbətini qazanmaqla tarixə ən uğurlu COP-lardan biri kimi düşdü. İndiyə qədər iqlim hədəfləri ilə bağlı həll edilməmiş məsələlər məhz Bakıda müsbət anlaşma sayəsində təsdiqini tapdı.

Azərbaycan COP29-un Sədri kimi dünya iqlim ailəsi qarşısında irəli sürülən 14 əsas təşəbbüsün hər birini uğurla başa çatdırdı, dayanıqlı maliyyələşmə arxitekturasını qurdu. COP-un əsas gözlənti olan yeni iqlim maliyyəsi təsisatı praktiki fəaliyyətə başladı. “Bakı Qlobal İqlim Şəffaflığı Platforma” və İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu, İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu işlək institutlar kimi hazırda iqlim maliyyəsinə ehtiyacı olan dövlətlərin prioritet maliyyələşmələrini icra edir. Bir sözlə, Azərbaycanın qlobal iqlim hədəflərinə çatmaqda xüsusi təşəbbüskarlığı uğurlu strategiya kimi COP-30 sammiti üçün yol xəritəsinə çevrilib. Bu nailiyyət sözsüz ki, “Moody’s”un hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşmasına təsir göstərir.

Dayanıqlı iqlim maliyyələşməsi təmin olunur

Reytinq agentliyinin hesabatını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallının fikrincə, ölkəmiz iqlim dəyişikliyi ilə mübarizə, ekoloji dayanıqlılığın təmin edilməsi və “yaşıl iqtisadiyyat”ın təşviqi məqsədilə karbon emissiyalarının azaldılması istiqamətində uzunmüddətli strategiya müəyyən edib. Milli inkişaf prioritetlərinə uyğun olaraq, 2050-ci ilə qədər karbon emissiyalarının 1990-cı il səviyyəsindən 40 faiz azaldılması hədəfdədir. Bu strategiya çərçivəsində təmiz ekoloji mühitin təmin olunması və ekoloji infrastrukturun inkişafı istiqamətində davamlı maliyyələşmə həyata keçirilir. 2024-cü ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsinə 361,8 milyon manatdan çox vəsait ayrılıb. Növbəti illərdə də “yaşıl maliyyələşmə” prioritet xərclərdən biri kimi diqqətdə saxlanılacaq. 

Qeyd edək ki, “Moody’s” hesabatında Azərbaycanın ekoloji layihələrə yönəltditi sərmayə axıcılığı da təqdir edilir. Vurğulanır ki, dövlətin “yaşıl əzmkarlığı” sayəsində qarşıdakı illərdə bərpaolunan enerji istehsalı və nəqlində beynəlxalq koalisiya ilə birgə əməkdaşlıq genişlənir. Qeyd edilir ki, Azərbaycan hökumətinin dövlət və özəl investisiyaları artırması ilə yanaşı, beynəlxalq maliyyə institutları ilə iqlim layihələrində əməkdaşlığı gücləndirməsi də hədəflənən nəticələrə nail olmaqda tələb olunan maliyyə çatışmazlığını həll edəcək.

Maliyyə institutları və iri sərmayədarlarla “yaşıl investisiya” layihələri

Azərbaycan digər region ölkələri kimi beynəlxalq institutlardan və çoxtərəfli inkişaf banklarından güzəştli kreditlər cəlb edir. Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) “yaşıl enerji” istehsalında Azərbaycana öz maliyyə dəstəyini göstərəcəyini bəyan edib. Azərbaycan hökuməti ilə  Dünya Bankı (DB) arasında təsdiq edilən “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində 173,5 milyon dollar olan kredit yönəldiləcək ki, həmin vəsaitlər hesabına növbəti 5 ildə bərpaolunan enerji mənbələrinin istehsalının artırılması, elektrik ötürücü şəbəkəyə inteqrasiya tədbirləri həyata keçiriləcək. Asiya Bankı ilə bir neçə ay əvvəl imzalanmış 2025-2029-cu illərə dair Ölkə Tərəfdaşlığı Strategiyası sənədində bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulur. Avropa Bankı da bərpa olunan enerji və regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsində maliyyə donorluğuna razılıq verib. AYİB isə 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının istismara hazırlanmasına kreditlər ayırmaqla bağlı Bakı ilə razılaşıb.

Azərbaycan nüfuzlu maliyyə təşkilatları ilə yanaşı, “yaşıl enerji” sənayesində böyük təcrübəyə malik ən nəhəng şirkətlərlə sıx əməkdaşlıq edir, bərpaolunan enerji sahələrinə yatırılan sərmayələrin həcmi dayanmadan artır. Ötən il böyükhəcmli “yaşıl sərmayələr”ə dair açar sazişləri imzalayıb. Təkcə körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə bərpa olunan enerji sektorunda 2 milyard dolardan artıq böyükhəcmli sərmayə layihələrinin əsası qoyulub.

Habelə Avropa və Asiyanın nəhəng investorları ilə anlaşma sənədlərina imza atılıb. SOCAR və bp arasında Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin icrasına dair saziş imzalanıb, qlobal investorlar - “Fortescue Future Industries”, “China Gezhouba Group”, “Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb.

“Yaşıl enerji”nin Şərq-Qərb marşrutu

Respublikamız bərpa olunan enerjinin ixracının reallaşması istiqamətində qətiyyətli addımlar atır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Azərbaycan bərpaolunan enerjinin ixracında da fəal və təşəbbüskar dövlətdir, Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin müəliflərdindən biridir. Layihəyə əsasən, Avropaya “yaşıl enerji” ixracı gerçəkləşəcək. Azərbaycan bununla Bakı-Tbilisi-Ceyhan neft, TAP qaz kəmərlərinin ardınca, Avropada yeni enerji dəhlizinin müəllifinə çevriləcək.

Beləliklə, “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatı bir daha göstərir ki, aparılan strateji tədbirlər və dövlət dəstəyi nəticəsində Azərbaycanda ekoloji dayanıqlılığın təmin olunması, karbon emissiyalarının azaldılması və “yaşıl iqtisadiyyat”ın təşviqi sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu nailiyyətlər ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası və ekoloji siyasətinin uğurla həyata keçirildiyini göstərir, davamlı inkişafın təmin olunması, iqlim risklərinin minimuma endirilməsi və “yaşıl transformasiya” prinsiplərinin səmərəli tətbiqi baxımından strateji əhəmiyyət daşıyır.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri