İqlimə uyğun ağıllı kənd təsərrüfatı siyasətlərinin inkişafı zəruridir AZƏRTAC | Icma.az
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 18 noyabr, AZƏRTAC BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dayanıqlı gələcək üçün irsin inkişafı: kənd təsərrüfatı, mədəniyyət və dayanıqlığın iqlim dəyişikliyinə uyğunlaşması” mövzusunda panel müzakirə keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mavi Zonada yerləşən pavilyonunda təşkil edilən tədbirdə iqlim dəyişikliyinin həlli, biomüxtəlifliyin qorunması, təbii ehtiyatların idarə edilməsi və sosial-mədəni dəyərlərin təşviqi üçün kənd təsərrüfatı irsinin müasir təcrübələrlə inteqrasiyası yolu ilə davamlı inkişafa vahid yanaşmanın formalaşdırılması məsələləri müzakirə olunub.
Panel iclasın moderatorluğunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli edib.
İclasda Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun köməkçisi Manuel Barange, ICESCO-nun Baş direktorunun müşaviri Heşam Əl-Əskəri çıxış ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli müasir çağırışlar fonunda ənənəvi kənd təsərrüfatı təcrübələrinin innovativ texnologiya və həllərlə inteqrasiyasını dəstəkləyən iqlimə uyğun ağıllı kənd təsərrüfatı siyasətlərinin inkişafının zəruri olduğunu diqqətə çatdırıb.
Aqrar fəaliyyət nəticəsində kənd təsərrüfatı ənənələri və mədəni irsin qarşılıqlı inkişaf etdiyini deyən Azad Cəfərli bu amilin gələcəkdə də uğurlu fəaliyyət üçün möhkəm bünövrə olmaqla, müasir texnologiyaların tətbiqinə müsbət təsir edəcəyini vurğulayıb.
Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Ənənənin innovasiya ilə inteqrasiyası: Azərbaycanın dayanıqlı kənd təsərrüfatına çoxşaxəli yanaşması” mövzusuna toxunub.
Tam oxu
Xəbəri oxu