Icma.az
close
up
RU
İqlimə uyğun ağıllı kənd təsərrüfatı siyasətlərinin inkişafı zəruridir AZƏRTAC

İqlimə uyğun ağıllı kənd təsərrüfatı siyasətlərinin inkişafı zəruridir AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dayanıqlı gələcək üçün irsin inkişafı: kənd təsərrüfatı, mədəniyyət və dayanıqlığın iqlim dəyişikliyinə uyğunlaşması” mövzusunda panel müzakirə keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mavi Zonada yerləşən pavilyonunda təşkil edilən tədbirdə iqlim dəyişikliyinin həlli, biomüxtəlifliyin qorunması, təbii ehtiyatların idarə edilməsi və sosial-mədəni dəyərlərin təşviqi üçün kənd təsərrüfatı irsinin müasir təcrübələrlə inteqrasiyası yolu ilə davamlı inkişafa vahid yanaşmanın formalaşdırılması məsələləri müzakirə olunub.

Panel iclasın moderatorluğunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli edib. İclasda Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun köməkçisi Manuel Barange, ICESCO-nun Baş direktorunun müşaviri Heşam Əl-Əskəri çıxış ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli müasir çağırışlar fonunda ənənəvi kənd təsərrüfatı təcrübələrinin innovativ texnologiya və həllərlə inteqrasiyasını dəstəkləyən iqlimə uyğun ağıllı kənd təsərrüfatı siyasətlərinin inkişafının zəruri olduğunu diqqətə çatdırıb. Aqrar fəaliyyət nəticəsində kənd təsərrüfatı ənənələri və mədəni irsin qarşılıqlı inkişaf etdiyini deyən Azad Cəfərli bu amilin gələcəkdə də uğurlu fəaliyyət üçün möhkəm bünövrə olmaqla, müasir texnologiyaların tətbiqinə müsbət təsir edəcəyini vurğulayıb.

Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Ənənənin innovasiya ilə inteqrasiyası: Azərbaycanın dayanıqlı kənd təsərrüfatına çoxşaxəli yanaşması” mövzusuna toxunub. Azərbaycanın kənd təsərrüfatı irsi və onun biomüxtəlifliyinin qorunması və suyun idarə olunmasında rolu, dəyişən iqlim şəraitinə uyğunlaşma üçün ənənəvi əkinçilik texnikalarının müasir texnologiyalarla birləşdirilməsi üzrə uğurlu tədqiqatlarından bəhs edib.

Nazir Məcnun Məmmədov bildirib ki, zəngin tarixə və köklü əkinçilik ənənələrinə malik ölkə olan Azərbaycanda müxtəlif bitkilərin becərilməsi üçün əlverişli iqlim şəraiti mövcuddur. Bununla belə, bütün dünyada olduğu kimi, iqlim dəyişikliyi Azərbaycana da təsir edir. Son illərdə ölkədə quraqlıq, su qıtlığı, eləcə də qeyri-müntəzəm yağıntılar tez-tez müşahidə olunur. Nazir Azərbaycanda aqrar sektorun iqlim dəyişikliyinə adaptasiyası üçün həyata keçirilən tədbirlərə toxunub, ölkəmizdə ətraf mühitin mühafizəsi, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində davamlı işlərin aparıldığını diqqətə çatdırıb. Su ehtiyatlarının böyük hissəsinin ölkədən kənarda formalaşdığını deyən nazir innovativ yanaşma və müasir texnologiyaların, su sistemlərinin iqlim dəyişikliyi ilə mübarizədə çox vacib rol oynadığını, Azərbaycanda hazırda irriqasiya sistemlərinin müasirləşdirilməsinin, daha səmərəli su idarəetmə sistemlərinin yaradılması proseslərinin davam etdiyini vurğulayıb. Bununla yanaşı, kənd təsərrüfatı istehsal proseslərində rəqəmsal və texnoloji yeniliklərdən istifadə stimullaşdırılır, dəqiq əkinçilik metodlarına, aqrar sahədə innovativ təcrübələrin tətbiqinə üstünlük verilir, torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması məqsədilə genişmiqyaslı və sistemli tədbirlər görülür. Azərbaycan hökuməti tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsi, fermerlərin rəqabət qabiliyyətinin yüksəldilməsi və dayanıqlı kənd təsərrüfatının yaradılması istiqamətində dəstək tədbirləri davam etdirilir.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki iqlimə uyğun kənd təsərrüfatının, biomüxtəlifliyin qorunmasının, suyun idarə edilməsinin əhəmiyyətinə toxunub. Baş direktor biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığının aqroərzaq sistemlərinə böyük təhdidlər yaratdığını qeyd edib. Müasir çağırışlar fonunda dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun köməkçisi Manuel Barange, ICESCO-nun Baş direktorunun müşaviri Heşam Əl-Əskəri yeni çağırışlara cavab olaraq torpaq və su resurslarından səmərəli istifadə, resursqoruyucu yanaşmaların tətbiqi, ətraf mühitin mühafizəsi, dayanıqlı və innovativ təsərrüfatçılıq ənənələri, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, yerli genefond materialların toplanması, saxlanması və onların artırılması, bu istiqamətlərdə təcrübə mübadiləsi ilə bağlı fikirlərini bölüşüblər.

Panel müzakirələr sual-cavab formatında davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see180

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see137

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see124

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see123

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see123

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri