Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, yerli istehsal bu tələbatın bir qismini ödədiyi üçün idxalın artmasına ehtiyac yaranmır.
Pərviz Heydərov
“Buğda idxalının azalması son vaxtlar ən çox müşahidə olunan proseslərdən biridir. Bunun əsas səbəbi ölkədə buğdaya olan tələbatın əvvəlki səviyyədə artmaması, əksinə azalmasıdır. Yerli istehsal müəyyən mənada bu tələbatın bir qismini ödədiyi üçün əlavə idxalın artmasına da ehtiyac yaranmır. Ona görə də bir daha qeyd etmək olar ki, buğda idxalının azalması son illərdə müşahidə edilən proseslərdən biri olmaqla yanaşı, ölkə iqtisadiyyatı üçün müsbət amildir. Çünki bu məhsulun idxalına əlavə xərclər çəkilmir, əksinə xərc azalır və ümumiyyətlə, gələcəkdə yerli istehsalın daha çox tələbatı ödəməsinə şərait yaranır. Bu il ərzində idxalın azalmasının davam edəcəyi gözlənilir, amma bu azalma cüzi xarakter daşıya bilər. Hər halda buğda istehsalında bu il ərzində qeyri-adi dəyişikliklər baş verməyəcək”, - deyə Pərviz Heydərov vurğulayıb.
Günel Həsənova, Bizimyol.info