İqtisadçı Pərviz Heydərov: “İdxalı azalan buğdanın istehsalında bu il ərzində qeyri adi dəyişikliklər baş verməyəcək”
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, yerli istehsal bu tələbatın bir qismini ödədiyi üçün idxalın artmasına ehtiyac yaranmır.
Pərviz Heydərov
“Buğda idxalının azalması son vaxtlar ən çox müşahidə olunan proseslərdən biridir. Bunun əsas səbəbi ölkədə buğdaya olan tələbatın əvvəlki səviyyədə artmaması, əksinə azalmasıdır. Yerli istehsal müəyyən mənada bu tələbatın bir qismini ödədiyi üçün əlavə idxalın artmasına da ehtiyac yaranmır. Ona görə də bir daha qeyd etmək olar ki, buğda idxalının azalması son illərdə müşahidə edilən proseslərdən biri olmaqla yanaşı, ölkə iqtisadiyyatı üçün müsbət amildir. Çünki bu məhsulun idxalına əlavə xərclər çəkilmir, əksinə xərc azalır və ümumiyyətlə, gələcəkdə yerli istehsalın daha çox tələbatı ödəməsinə şərait yaranır. Bu il ərzində idxalın azalmasının davam edəcəyi gözlənilir, amma bu azalma cüzi xarakter daşıya bilər. Hər halda buğda istehsalında bu il ərzində qeyri-adi dəyişikliklər baş verməyəcək”, - deyə Pərviz Heydərov vurğulayıb.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 23 Yanvar 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















