Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Pensiya əlçatanlığının zəiflədilməsi və Azərbaycanda pensiya yaşının ədalətsiz olduğunu düşünürəm.
Qadınlara münasibətdə də uşaq sayına görə güzəştin verilməsi yanaşmasının qorunması həm demoqrafik aspektdən, həm də sosial aspektdən daha məqsədəuyğun olardı".
Bu fikirləri Redaktor.az-a iqtisadçı ekspert Rəşad Həsənov qadınların pensiya yaşının artırılmasını şərh edərkən dedi.
Onun sözlərinə görə, son dövrlərdə bir çox ölkədə pensiya yaşında gender fərqini aradan qaldırıblar: "Azərbaycanda pensiya yaşının illik göstəricisinin qadınlar üzrə dəyişməsinin səbəbi 2017-ci ildə "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişiklikdir.
Həmin dəyişikliyə əsasən, 2027-ci ilə qədər qadınların hər il pensiya yaşı altı ay artırılmaqla 65 yaşına çatdırılacaqdır.
Bunun məqsədi gender bərabərliyinin təmin edilməsidir. Uşaq sayına görə qadınlara pensiyanın təyin edilmə yaşında güzəşt aradan qaldırıldı.
Yalnız beşdən çox uşağı olan analara münasibətdə bir il güzəşt qüvvədə saxlanıldı.