Icma.az
close
up
RU
İqtisadçıdan qadınların pensiya yaşı ilə bağlı AÇIQLAMA

İqtisadçıdan qadınların pensiya yaşı ilə bağlı AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Pensiya əlçatanlığının zəiflədilməsi və Azərbaycanda pensiya yaşının ədalətsiz olduğunu düşünürəm. Qadınlara münasibətdə də uşaq sayına görə güzəştin verilməsi yanaşmasının qorunması həm demoqrafik aspektdən, həm də sosial aspektdən daha məqsədəuyğun olardı".

Bu fikirləri Redaktor.az-a iqtisadçı ekspert Rəşad Həsənov qadınların pensiya yaşının artırılmasını şərh edərkən dedi. Onun sözlərinə görə, son dövrlərdə bir çox ölkədə pensiya yaşında gender fərqini aradan qaldırıblar:

"Azərbaycanda pensiya yaşının illik göstəricisinin qadınlar üzrə dəyişməsinin səbəbi 2017-ci ildə "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişiklikdir. Həmin dəyişikliyə əsasən, 2027-ci ilə qədər qadınların hər il pensiya yaşı altı ay artırılmaqla 65 yaşına çatdırılacaqdır. Bunun məqsədi gender bərabərliyinin təmin edilməsidir. Uşaq sayına görə qadınlara pensiyanın təyin edilmə yaşında güzəşt aradan qaldırıldı. Yalnız beşdən çox uşağı olan analara münasibətdə bir il güzəşt qüvvədə saxlanıldı. Yəni, burada dünya təcrübəsinin təhlili onu göstərir ki, əslində, bir çox ölkələr son dövrlərdə gender fərqini aradan qaldırıblar. Dünya Bankının hesabatına görə, hardasa artıq 120-130 ölkədə gender fərqi aradan qalxıb. Amma MDB ölkələri ilə müqayisə aparanda görürük ki, əksər MDB ölkələrində və keçmiş SSRİ ölkələrində hələ də qadınlara münasibətdə yaş fərqinin gözlənilməsi təcrübəsi davam etdirilir".

İqtisadçının sözlərinə görə, Azərbaycanda bu dəyişikliklər demoqrafik və sosial baxımdan daha uyğun şəkildə tənzimlənməlidir.

"Ümumiyyətlə götürəndə, pensiya yaşının müəyyən edilməsi məsələsində əhalinin orta yaş səviyyəsi və gözlənilən pensiya dövrünün orta səviyyəsinin qorunması əsas prinsiplərdən biridir. Biz müqayisə aparanda görürük ki, Azərbaycanda orta pensiya dövrü pensiya yaşından sonra təxminən 6-8 il arasında dəyişir. Dünya üzrə bu ortalama 14 il yarımdır və bir sıra inkişaf etmiş ölkələrin təcrübəsinə baxanda, qadının və yaxud da kişinin pensiya yaşı daha yuxarıdır. Məsələn, Yaponiyada orta ömür 89 ildir, 67 yaşında pensiyaya çıxsa, 22 il həmin şəxs orta hesabla pensiya ala bilir. Yəni Azərbaycanda təəssüf ki, bu parametrlər diqqətlə nəzərə alınmır. Burada əsas məqsəd Dövlət Pensiya Fondunun büdcədən asılılığının azaldılması idi və bunun üçün əmək bazarının leqallaşdırılması yolu ilə daha çox vəsaitin cəlb edilməsi imkanı olduğu halda pensiya əlçatanlığının zəiflədilməsinə əsas üstünlük verildi", - deyə Rəşad Həsənov bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Yanvar 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see302

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see182

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see181

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see169

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see169

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see152

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see150

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see149

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see141

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see137

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri