Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi4-cü Sənaye İnqilabıİqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2025-ci ildə planlaşdırılan fəaliyyət istiqamətlərinə həsr olunmuş mətbuat konfransı keçirib.
Mərkəzin icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarını və 2025-ci il ərzində icrası planlaşdırılan işlər barədə məlumat verib.
F.Cəfərov qeyd edib ki, ötən il 4-cü sənaye inqilabı sahəsində 30-dan çox beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlanılıb.
O bildirib ki, qurumun 2024-cü ildə çox geniş spektrli fəaliyyəti olub: "Azərbaycan dünyada ilk dövlətdir ki, dövlət qurumu səviyyəsində 4SİM formalaşdırıb.
Azərbaycan MDB məkanında bu mərkəzə ev sahibliyi edən ilk ölkədir: “4-cü sənaye inqilabı sahəsində ötən il 30-dan çox beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlamışıq.
Beynəlxalq tərəfdaşlardan öyrəndiyimiz təcrübələri yerli tərəfdaşlarla bölüşürük. Yerli tərəfdaşlarımızın sayı 100-dən çoxdur.
Bu tərəfdaşlarla strateji əməkdaşlıq çərçivəsində təbii ki, Azərbaycanın mövqeyi daha da gücləndirilir".