Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

İqtisadi sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişlənir

İqtisadi sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişlənir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi


4-cü Sənaye İnqilabı


İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2025-ci ildə planlaşdırılan fəaliyyət istiqamətlərinə həsr olunmuş mətbuat konfransı keçirib. Mərkəzin icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarını və 2025-ci il ərzində icrası planlaşdırılan işlər barədə məlumat verib. F.Cəfərov qeyd edib ki, ötən il 4-cü sənaye inqilabı sahəsində 30-dan çox beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlanılıb. O bildirib ki, qurumun 2024-cü ildə çox geniş spektrli fəaliyyəti olub: "Azərbaycan dünyada ilk dövlətdir ki, dövlət qurumu səviyyəsində 4SİM formalaşdırıb. Azərbaycan MDB məkanında bu mərkəzə ev sahibliyi edən ilk ölkədir: “4-cü sənaye inqilabı sahəsində ötən il 30-dan çox beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlamışıq. Beynəlxalq tərəfdaşlardan öyrəndiyimiz təcrübələri yerli tərəfdaşlarla bölüşürük. Yerli tərəfdaşlarımızın sayı 100-dən çoxdur. Bu tərəfdaşlarla strateji əməkdaşlıq çərçivəsində təbii ki, Azərbaycanın mövqeyi daha da gücləndirilir".  F.Cəfərov bildirib ki, Sənaye 4.0 Mərkəzi bu il fəaliyyətə başlayacaq. O bildirib ki, sözügedən mərkəzdə texnologiya şirkətləri öz məhsullarını təqdim edəcəklər: "Sənaye üçün süni intellekt və digərləri ilə bağlı həllər öz əksini tapacaq. Eyni zamanda rəqəmsal iqtisadiyyatın inkişafı baxımından 2030-cu ilə qədər 650 şirkəti sənaye 4.0 Hazırlıq Proqramından keçirməyi planlaşdırırıq. Bu texnologiyalara onların əlçatanlığının təmin edilməsi ilə bağlı dəstəyimizi göstərəcəyik". F.Cəfərov yeniliklər barədə danışarkən bildirib ki, bu ildən etibarən İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə süni intellekt texnologiyası tətbiq ediləcək. "Gün ərzində hər nə qədər zəng gəlsə, bu texnologiya imkan verəcək ki, həmin zənglər təhlil edilsin. Çünki insanların fiziki cəhətdən bunu anında təhlil edib cavablandırması bir az vaxtı uzadırdı", - o bildirib. 

Qeyd edək ki, bu günlərdə Bakıda Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafı üzrə B2B forumu keçirilir. Tədbir “LEF Network Azerbaijan” layihəsi çərçivəsində, “Caspian Energy Club”un təşkilati dəstəyi ilə keçirilir. Forumda çıxışı zamanı Latviyanın ticarət-sənaye palatasının Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Siçyova qeyd edib ki, 2025-ci ilin oktyabr ayında Bakıda Mərkəzi-Baltika regional biznes forumunun keçirilməsi planlaşdırılır. “Bu ilin oktyabr ayında Bakıda vacib tədbir - Mərkəzi-Baltika regional biznes-forumu keçiriləcək. Bu, müxtəlif ölkələrin bizneslərini birləşdirən iri bir hadisə olacaq. Bu il biz eyni zamanda Estoniya və Finlandiyada iki biznes-forum keçirəcəyik”, -deyə o bildirib. L.Siçyova vurğulayıb ki, “Caspian Energy Club”la əməkdaşlıq çərçivəsində Azərbaycana Mərkəzi-Baltika regionundan ticarət missiyası üçün daha perspektivli biznes-tərəfdaşların dəvət olunması və paralel olaraq Latviya, Estoniya və Finlandiyaya səfərlər planlaşdırılıb. O qeyd edib ki, "LEF network Azerbaijan" layihəsi bu il yekunlaşsa da, Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında əməkdaşlıq başqa formatda davam edəcək. “LEF network Azerbaijan” layihəsi şirkətlər arasında əməkdaşlığın inkişafına aktiv şəkildə vasitəçilik edir, lakin layihənin özü bu ilin sonunda yekunlaşır. Biz Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında əməkdaşlığın və təmasların qurulmasına maraq göstərən şirkətləri dəstəkləyirik. Layihə çərçivəsində bu il Mərkəzi-Baltika ölkələrində iki ticarət missiyasının yerinə yetirilməsi planlaşdırılır. Eyni zamanda oktyabr ayında Baltika ölkələrindən Azərbaycana ticarət missiyası təşkil olunacaq”, - deyə o, bildirib. Departament direktoru deyib ki, "LEF network Azerbaijan" layihəsinin yekunlaşmasından sonra Azərbaycanın biznes-təşkilatları və “Caspian Energy Club”la əməkdaşlığın davam etdirilməsi planlaşdırılır: “Biz eyni zamanda əməkdaşlıqla bağlı müxtəlif memorandumlar bağlamağa can atırıq və ola bilsin, başqa formatda, Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında qarşılıqlı-əlaqəni qoruyub saxlamaqla – birgə fəaliyyəti davam etdirməyə hazırıq”. Onun sözlərinə görə, Baltika ölkələrindən olan bizens Azərbaycanda böyük potensial görür. Tarix və mədəniyyətdə insanları birləşdirən orta anlar var. Bununla belə mədəni fərqlər əməkdaşlıq üçün yeni imkanlar açır. "Məsələn, Azərbaycana gələn şirkətlər yerli biznesin Avropa bazarına çıxışını dəstəkləməyə, lazımi sertifikatlaşdırma təşkil etməyə və ya IT çözümləri təqdim etməyə hazırdır", – deyə o əlavə edib. L.Siçyova qeyd edib ki, "LEF network Azerbaijan" layihəsi Azərbaycanda mühüm dəstək alır, xüsusilə "Caspian Energy Club", AZPROMO, KOBİA və Alman-Azərbaycan Ticarət Palatası kimi təşkilatlardan. Qeyd edək ki, "LEF network Azerbaijan" layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına yönəlib. Layihə 2023-cü ilin martında başlayıb və müddəti 36 aydır, büdcəsi isə 1,264 milyon avro təşkil edir. Azərbaycanın biznes-icmasının Latviya bazarına marağının artması da müşahidə olunur. Bu barədə Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş B2B forumunda çıxışı zamanı bildirib. “Bizim münasibətlərdən və ticarət mübadiləsindən söz düşmüşkən, bizim dostluğumuz möhkəmlənməkdədir, ticarət həcmi isə artmağa davam edir. Biz Azərbaycan bazarına daxil olan məhsullarımızın assortimentində genişlənməni, o cümlədən Azərbaycanın biznes-icmasının Latviyaya olan marağının artmasını müşahidə edirik”. Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlıq üçün həm siyasi, həm də xalqların inkişafı və rifahı nöqteyi-nəzərindən yeni perspektivlər açılır. E.Skuya vurğulayıb ki, Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş “LEF Network Azerbaijan” layihəsi fəaliyyətə başladığı ilk gündən uğurlu olub. “Sazişlər bağlanıb və hər dörd iştirakçı ölkənin marağının artması müşahidə olunur. Görürük ki, layihəyə maraq durmadan artır və onu həyata keçirən insanların səyləri olmasaydı, bu, mümkün olmazdı”, - deyə diplomat bildirib.


4-cü Sənaye İnqilabının ölkə iqtisadiyyatına müsbət təsirləri və Bakıda keçirilən beynəlxalq iqtisadi forumların əhəmiyyəti barədə “Sherg.az"a danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, bu səpkili tədbirlər Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir: 

seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Mart 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri