Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fevralın 5-də inşallah İqtisadi Zonaların İnkişafı Agentliyinin 2024-cü ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib.
"Yeni Azərbaycan" xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına sahibkarların marağı hansı səviyyədə olduğu və hazırda Agentlikdə baxılmada olan layihələr barədə məlumat verilib.
İqtisadi Zonaların İnkşaf Agentliyi İdarə Heyətinin Sədri Seymur Adıgözəlov çıxışında sənaye zonaları ölkəmizdə sahibkarların investisiya layihələrini həyata keçirmələri üçün əlverişli məkanların olduğunu qeyd edib:.
"Təbii olaraq sahibkarlar tərəfindən sənaye zonalarına, xüsusən də işğalda azad edilmiş ərazilərdə yaraılmış sənaye parklarına marağı yüksəkdir.
Agentlik tərəfindən sahibkarların sənaye zonalarına cəlb edilməsi istiqamətində mütəmadi işlər aparılır.
Hazırda Agentlik tərəfindən baxılmada olan 20-yə yaxın layihə əsasən əczaçılıq və qida məhsullarının istehsalı, mebel klasterinin yaradılması, avtomobil istehsalı və s istiqamətlərdir".
O çıxışında Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı layihəsi barədə də məlumat verib: "Cari ildə Çinin BYD şirkəti tərəfindən elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.