Icma.az
close
up
RU
İqtisadi Zonaların İnkişafı Agentliyi mətbuat konfransı keçirilib

İqtisadi Zonaların İnkişafı Agentliyi mətbuat konfransı keçirilib

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevralın 5-də inşallah İqtisadi Zonaların İnkişafı Agentliyinin 2024-cü ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib. 

"Yeni Azərbaycan" xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına sahibkarların marağı hansı səviyyədə olduğu və hazırda Agentlikdə baxılmada olan layihələr barədə məlumat verilib.

 İqtisadi Zonaların İnkşaf Agentliyi İdarə Heyətinin Sədri Seymur Adıgözəlov çıxışında sənaye zonaları ölkəmizdə sahibkarların investisiya layihələrini həyata keçirmələri üçün əlverişli məkanların olduğunu qeyd edib:. "Təbii olaraq sahibkarlar tərəfindən sənaye zonalarına, xüsusən də işğalda azad edilmiş ərazilərdə yaraılmış sənaye parklarına marağı yüksəkdir. Agentlik tərəfindən sahibkarların sənaye zonalarına cəlb edilməsi istiqamətində mütəmadi işlər aparılır. Hazırda Agentlik tərəfindən baxılmada olan 20-yə yaxın layihə əsasən əczaçılıq və qida məhsullarının istehsalı, mebel klasterinin yaradılması, avtomobil istehsalı və s istiqamətlərdir". 

O çıxışında Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı layihəsi barədə də məlumat verib: "Cari ildə Çinin BYD şirkəti tərəfindən elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır. Artıq şirkətin istehsalı üçün lazımı infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılması istiqamətində işlərə başlanması nəzərdə tutulur. Layihənin təqribən investisiya həcmi 29 milyon manatdan çoxdur". 

Məlumat üçün bildirək ki, 2018-ci ildən 2024-cü il də daxil olmaqla İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib. 

S. Adıgözəlov bildirib ki, təkcə ötən il ərzində Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2182 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34% artıb:

"2023-cü ilin mayında Özbəkistan və Azərbaycan şirkətləri tərəfindən inşa ediləcək Hacıqabul Sənaye Parkında avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun təməli qoyuldu. 
Hazırda Hacıqabul Sənaye Parkında avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun qurulması istiqamətində işlər davam etdirilir. Tikinti işləri sürətlə gedir, işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Müəssisənin 2025-ci ilin sonlarında fəaliyyətə başlamasını planaşdırırıq. Layihənin investisiya dəyəri 88 milyon manatdır. Zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağı nəzərdə tutulur. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq". 

Havar Şəfiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Fevral 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri