İradə ilə son görüşümüz: istədim, şəkil çəkdirək… | Icma.az
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. İradənin yoxluğuna söz demək çox ağır, bu gedişlə barışmaq çətindir.
İradə sözün çəkisini və qədrini bilən, sözün təəssübünü çəkən, sözün içərisini görməyi və gördüyünü də Sözə layiq sözə çevirməyi bacaran, incə zövqlü, dərin və yenilikçi düşüncəli, həyatda da, elmdə də sağlam, dürüst mövqeyi olan insandı.
Ədəbiyyatşünaslığımızda İradə Musayeva sevimli bir hadisə idi və məşğul olduğu istiqamətlərdə əvəzi olmayanlardandı.
İradə elə adına bənzəyirdi. İradəli idi, fikirlərində ardıcıl, mövqeyində sabit, baxışlarında güzəştsiz idi.
Yaxşı olmadığını duyduğunu ona yaxşı adı ilə qəbul etdirmək mümkünsüzdü.
Mərdliyinə, barışmazlığına görə İradəni bir az da artıq istəyən dostları çox olduğu kimi, onun tənqdilərindən hikkələnərək kin saxlayanlar, tərs münasibət bəsləyənlər də gözə dəyirdi.
Elələrinə İradənin monoqrafiyalarından birinə yazdığım geniş önsözdə cavab vermiş, kitabı gələcək həmlələrdən bəri başdan qorumağa çalışmışdım.
Doktorluq dissertasiyasında mən elmi məsləhətçisi idim. İradəyə bir tövsiyəm də bu olmuşdu ki, müdafiə ərəfəsində əlavə əleyhdarlar qazanmam
Tam oxu
Xəbəri oxu