Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

İradə ilə son görüşümüz: istədim, şəkil çəkdirək…

İradə ilə son görüşümüz: istədim, şəkil çəkdirək…

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İradənin yoxluğuna söz demək çox ağır, bu gedişlə barışmaq çətindir.

İradə sözün çəkisini və qədrini bilən, sözün təəssübünü çəkən, sözün içərisini görməyi və gördüyünü də Sözə layiq sözə çevirməyi bacaran, incə zövqlü, dərin və yenilikçi düşüncəli, həyatda da, elmdə də sağlam, dürüst mövqeyi olan insandı. Ədəbiyyatşünaslığımızda İradə Musayeva sevimli bir hadisə idi və məşğul olduğu istiqamətlərdə əvəzi olmayanlardandı.

İradə elə adına bənzəyirdi.

İradəli idi, fikirlərində ardıcıl, mövqeyində sabit, baxışlarında güzəştsiz idi.

Yaxşı olmadığını duyduğunu ona yaxşı adı ilə qəbul etdirmək mümkünsüzdü. Mərdliyinə, barışmazlığına görə İradəni bir az da artıq istəyən dostları çox olduğu kimi, onun tənqdilərindən hikkələnərək kin saxlayanlar, tərs münasibət bəsləyənlər də gözə dəyirdi.

Elələrinə İradənin monoqrafiyalarından birinə yazdığım geniş önsözdə cavab vermiş, kitabı gələcək həmlələrdən bəri başdan qorumağa çalışmışdım.

Doktorluq dissertasiyasında mən elmi məsləhətçisi idim.

İradəyə bir tövsiyəm də bu olmuşdu ki, müdafiə ərəfəsində əlavə əleyhdarlar qazanmamaqçün bir müddət ehtiyatlı davranmaq lazımdır.

Ona, vaxtilə mənə, hələ Şərqşünaslıq fakültəsində tələbə olduğum vaxtlarda unudlmaz ustadımız, professor Rəhim Sultanovun ayrı-ayrı çıxışlarımı, mübahisələrimi, müzakirələrdə söylədiklərimi, müəllimlərimizlə dialoqlarımı izləyəndən sonra verdiyi nəsihəti xatırlatmışdım.

Rəhim müəllim soruşmuşdu ki, uşaqlıq illərində çilingağac oynamısanmı? “Bəli” demişdim. Qayıtmışdı ki, çilingağac oyununda “yanı çıxmaq” mərhələsi var, addım-addım gəlib ora çatanacan pəli hələ yalnız yaxın məsafəyə vurmaq ixtiyarın olur. Elə ki, yanı çıxdın, pəli istədiyin uzaqlara vurursan, rəqib oyunçu onun ardınca qaçmlı olur. Odur ki, tələsmə, çılğın olma, etirazçılığını bir az içində boğ, zamanı gələcək, yanı çıxacaqsan, dediyin hanısısa cəsarətli sözlərin də sənə zərər gətirmək ehtimalı aradan gedəcək.

Böyük elmdə də (əslində elə həyatın ən müxtəlif səmtlərində də) belədir. Müəyyən dərəcələri alana, rütbələrə çatana qədər sənə əmma qoyanlar da, maneçilik törədə bilənlər də tapılır. Ancaq vaxt gəlir, elə həddə yetişirsən ki, sözün daha keçərli və kəsərli olur, təsdiqlənmiş elmi diplomların, sanballı əsərlərin zirehə çevrilərək səni qorumağa, bədxahların, paxılların neştərlərindən xilas etməyə başlayır.

Hələ elmlər doktoru dərəcəsini almamışdan da İradə Musayevanın məqalələri də, kitabları da elə elmlər doktoru sanbalında və siqlətində idi.

Bu həqiqət elə qabarıqdı ki, görməmək mümkün deyildi.

Dost gözüylə baxanlar görürdü, bəyənirdi, iftixar edirdi, kəc nəzərlə baxanlar da hər halda səviyyəni görürdü, həsəddən başqa bir şeyə gücləri çatmırdı (hərçənd ocürlərin həmişə ayrı mərdümazarlıqlar törətmək girəvəsi də olur).

İradə bilikli, prinsipial olduğu qədər də zəhmətkeş, inadcıl idi.

Özünü gördüyü işə fəda edən idi.

İradənin sahib olduğu bütün məziyyətləri göz önünə gətirərək onun yerini tuta biləcək, bu böyük boşluğu dolduracaq ikincisini mən ətrafda görmürəm.

Gücüm çatan qədər həmişə onun yolunu açmağa, arxa durmağa, onu qorumağa çalışdım.

Müdhiş mərəz qarşısında isə hamımız aciz idik.

Nizami Muzeyində də İradə hər kəsin istəklisinə çevrilmişdi. Onun gəlişi ilə muzeydəki elmi müzakirələrin sanbalı daha da artmışdı.

Səhhət böhranlarına görə ürəyi istəyən həcmdə çalışmaq, mütəmadi işdə olmaq imkanı yox idi, buna görə də daxili narahatlıq keçirirdi.

Bir gün bunu dilə də gətirdi.

Dərhal etiraz etdim ki, razılaşmıram, sən bircə gəlişinlə başqalarının günlər ərzində görə bilmədiyi işi yerinə yetirirsən.

İradə xanım dissertasiya müdafiə etməyə hazırlaşan gənc əməkdaşlarımızın da ən xeyirxah məsləhətçilərindən idi.

2025-ci il yanvarın 10-da Nizami Muzeyindəki dissertasiya şurasında yeni ildəki ilk müdafiə keçirilirdi.

Bu, İradənin qatıldığı son iclasmış.

Müzakirələr əsnasında əvvəlcə iddiaçıya xeyli tutarlı sullar verdi. Əsla razılaşmadığı məqamlar vardı. Qoyduğu suallar gərgin polemika yaratdı. Yenə keçmişlərdə olduğu kimi ona kəskin etiraz edənlər tapıldı və o da elə əvvəllərdə – şifahi və yazılı çıxışlarında olduğu kimi opponentlərinin səbrlə, inamla, həmişəki qətiyyəti ilə cavablarını verdi, az sonra ayrıca çıxış da etdi.

Müdafiədən sonra otağıma gəlmişdi, xeyli söhbət etdik. Dedim ki, maşallah, yaxşı görünürsən.

Həqiqətən də xeyli yaxşılaşmışdı, heç deməzdin xəstədir.

Kədərli gülümsündü: “Üzdən belədir”, – dedi.

Bir az gec, bir az tez – labüd gedişin astanada olduğunu bildiyimdən İradə ilə birgəliyimizin daha bir yadigarı da qalsın deyə, ürəyimdən keçdi deyəm ki, gəl, şəkil çəkdirək.

Fotoqrafımız da yaxındaydı, çünki müdafiə gedişində əvvəldən axıra fotolar çəkirdi.

Ancaq demədim, düşündüm ki, azarını özü bizdən də yaxşı bildiyindən, belə söyləməyim onu daxilən incidər.

Çoxdan mübarizə apardığı xəstəliyinin amansızlığından, vəziyyətin ümidsizliyindən xəbərdar olduğumdan İradənin vəfatı haqda xəbərin mənimçün belə qəfil görünəcəyini, belə sarsıdıcı olacağını düşünməzdim.

Bunları yazıram, İradə haqqında keçmiş zamanda yazıram, amma hələ də inanmıram ki, artıq o yoxdur, hər şey bitib...

Sabah, fevralın 8-də əzizləri, dostları, tanıyanları İradənin vida mərasiminə toplaşacaq.

Onun həyatla dolu olduğu son görüşümüzdənsə heç bir ay da keçməyib...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Fevral 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see620

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see434

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see429

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see398

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see381

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see378

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see339

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see278

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see263

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see261

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see243

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see240

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see222

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see220

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see219

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see216

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see215

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see214

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see205

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri