İran 2026 cı il Asiya Oyunlarına 282 idmançı göndərəcək

01.07.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın Milli Olimpiya Komitəsi (MOK) 2026-cı ildə Yaponiyanın Aiti-Naqoya prefekturasında keçiriləcək 20-ci Asiya Oyunlarında ölkəni təmsil edəcək idmançıların yekun siyahısını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, qərar milli idman federasiyaları ilə keçirilən bir sıra texniki və ekspert görüşlərindən sonra qəbul edilib.

MOK-un rəsmi açıqlamasına görə, seçim zamanı federasiyaların fəaliyyəti, idmançıların hazırlıq səviyyəsi və medal qazanmaq potensialı kimi meyarlar hərtərəfli qiymətləndirilib. Aparılan qiymətləndirmələr nəticəsində formalaşdırılan heyətə 191 kişi və 91 qadın olmaqla, ümumilikdə 282 idmançı daxil edilib.

Məlumata əsasən, seçilmiş idmançıların qeydiyyat prosesi “Aichi-Nagoya 2026” Təşkilat Komitəsinin rəsmi portalı vasitəsilə davam etdirilir.

Qeyd edək ki, çoxsaylı idman növlərini əhatə edən 20-ci Asiya Oyunları 2026-cı il sentyabrın 19-dan oktyabrın 4-dək Yaponiyada keçiriləcək.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью