İran 2026 cı il Asiya Oyunlarına 282 idmançı göndərəcək
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın Milli Olimpiya Komitəsi (MOK) 2026-cı ildə Yaponiyanın Aiti-Naqoya prefekturasında keçiriləcək 20-ci Asiya Oyunlarında ölkəni təmsil edəcək idmançıların yekun siyahısını təsdiqləyib.
Redaktor.az xəbər verir ki, qərar milli idman federasiyaları ilə keçirilən bir sıra texniki və ekspert görüşlərindən sonra qəbul edilib.
MOK-un rəsmi açıqlamasına görə, seçim zamanı federasiyaların fəaliyyəti, idmançıların hazırlıq səviyyəsi və medal qazanmaq potensialı kimi meyarlar hərtərəfli qiymətləndirilib. Aparılan qiymətləndirmələr nəticəsində formalaşdırılan heyətə 191 kişi və 91 qadın olmaqla, ümumilikdə 282 idmançı daxil edilib.
Məlumata əsasən, seçilmiş idmançıların qeydiyyat prosesi “Aichi-Nagoya 2026” Təşkilat Komitəsinin rəsmi portalı vasitəsilə davam etdirilir.
Qeyd edək ki, çoxsaylı idman növlərini əhatə edən 20-ci Asiya Oyunları 2026-cı il sentyabrın 19-dan oktyabrın 4-dək Yaponiyada keçiriləcək.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:243
Bu xəbər 01 İyul 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















