İran ABŞ ı neft şirkətlərinə zərbələr endirməklə hədələyib

07.09.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Amerikanın enerji şirkətlərinə mümkün zərbələrin endiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

525.az xəbər verir ki, bu barədə o, ABŞ-ın müdafiə naziri Pit Heqsetin İran tankerlərini məhv etməklə bağlı hədəsinə cavab olaraq “X” hesabında yazıb.

“Məsələ sadə və aydındır: bu regionda neft və qaz hasilatı zənciri genişdir, müxtəlif ərazilərə yayılıb, əlçatandır və həssasdır. Bu sularda və bu obyektlərdə fəaliyyət göstərən ABŞ-ın neft-qaz şirkətləri də eyni dərəcədə həssas vəziyyətdədir.

Əgər siz bizim obyektlərimizə hücum etsəniz, siz də hücuma məruz qalacaqsınız. Biz artıq öz imkanlarımızı sübut etmişik. Hazırda fəaliyyətsiz vəziyyətdə olan hərbi bazalarınızdan bu barədə soruşa bilərsiniz”, - Qalibaf bildirib.

Bundan əvvəl müdafiə naziri Pit Heqset “X” hesabında yazıb ki, İran Amerika gəmilərinə atəş açacağı təqdirdə, ABŞ hərbçiləri İranın neft tankerlərini məhv edəcək.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью