İran ABŞ ı neft şirkətlərinə zərbələr endirməklə hədələyib
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Amerikanın enerji şirkətlərinə mümkün zərbələrin endiriləcəyi ilə bağlı xəbərdarlıq edib.
525.az xəbər verir ki, bu barədə o, ABŞ-ın müdafiə naziri Pit Heqsetin İran tankerlərini məhv etməklə bağlı hədəsinə cavab olaraq “X” hesabında yazıb.
“Məsələ sadə və aydındır: bu regionda neft və qaz hasilatı zənciri genişdir, müxtəlif ərazilərə yayılıb, əlçatandır və həssasdır. Bu sularda və bu obyektlərdə fəaliyyət göstərən ABŞ-ın neft-qaz şirkətləri də eyni dərəcədə həssas vəziyyətdədir.
Əgər siz bizim obyektlərimizə hücum etsəniz, siz də hücuma məruz qalacaqsınız. Biz artıq öz imkanlarımızı sübut etmişik. Hazırda fəaliyyətsiz vəziyyətdə olan hərbi bazalarınızdan bu barədə soruşa bilərsiniz”, - Qalibaf bildirib.
Bundan əvvəl müdafiə naziri Pit Heqset “X” hesabında yazıb ki, İran Amerika gəmilərinə atəş açacağı təqdirdə, ABŞ hərbçiləri İranın neft tankerlərini məhv edəcək.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 07 Sentyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















