Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) altı pilotsuz uçuş aparatı ilə Bəhreynin Əl-Rifa helikopter bazasında yerləşən ABŞ hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyasına hücum etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“ABŞ silahlı qüvvələrinin açıq təcavüzünə qətiyyətli və sarsıdıcı cavabın ikinci mərhələsi çərçivəsində Bəhreynin Əl-Rifa helikopter bazasında yerləşən ABŞ hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyası hücuma məruz qalıb. Zərbəni SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus altı pilotsuz uçuş aparatı endirib”, - deyə korpusun mətbuat xidmətinin bəyanatında bildirilir.
SEPAH iddia edir ki, ABŞ Hörmüz boğazında gəmilərin müşayiəti əməliyyatı zamanı tam uğursuzluğa düçar olub. Tehran bu əməliyyatı neft daşımalarını təmin etmək cəhdləri ilə əlaqələndirir. İran tərəfinin versiyasına görə, Vaşinqton hazırda beynəlxalq ictimaiyyətin diqqətini strateji əhəmiyyətli bu dəniz yolunun faktiki olaraq bağlı olması faktından yayındırmağa çalışır.
SEPAH vurğulayıb ki, ABŞ-nin İrana qarşı bundan sonra həyata keçirəcəyi istənilən əməliyyat daha sərt və hesablanmış cavabla qarşılanacaq.