İran ABŞ nin Bəhreyndəki radiolokasiya stansiyasını vurub
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) altı pilotsuz uçuş aparatı ilə Bəhreynin Əl-Rifa helikopter bazasında yerləşən ABŞ hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyasına hücum etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“ABŞ silahlı qüvvələrinin açıq təcavüzünə qətiyyətli və sarsıdıcı cavabın ikinci mərhələsi çərçivəsində Bəhreynin Əl-Rifa helikopter bazasında yerləşən ABŞ hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyası hücuma məruz qalıb. Zərbəni SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus altı pilotsuz uçuş aparatı endirib”, - deyə korpusun mətbuat xidmətinin bəyanatında bildirilir.
SEPAH iddia edir ki, ABŞ Hörmüz boğazında gəmilərin müşayiəti əməliyyatı zamanı tam uğursuzluğa düçar olub. Tehran bu əməliyyatı neft daşımalarını təmin etmək cəhdləri ilə əlaqələndirir. İran tərəfinin versiyasına görə, Vaşinqton hazırda beynəlxalq ictimaiyyətin diqqətini strateji əhəmiyyətli bu dəniz yolunun faktiki olaraq bağlı olması faktından yayındırmağa çalışır.
SEPAH vurğulayıb ki, ABŞ-nin İrana qarşı bundan sonra həyata keçirəcəyi istənilən əməliyyat daha sərt və hesablanmış cavabla qarşılanacaq.
Bu mövzuda digər xəbərlər:İran Bəhreyndəki ABŞ bazasını vurub
23 Mart 2026 17:51
İran ABŞ nin Bəhreyndəki hərbi bazasını vurub
21 İyul 2026 12:15
İran Bəhreyndəki ABŞ bazasını vurdu
08 İyul 2026 10:18
İran Bəhreyndəki ABŞ Donanmasını hədəf aldı
10 İyun 2026 07:09
İran Bəhreyndəki ABŞ radar sistemini vurdu
13 Noyabr 2026 07:45
Baxış sayı:36
Bu xəbər 15 Noyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















