İran ABŞ nin dəniz blokadasını ləğv etməyə başladığını AÇIQLADI

16.06.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İran rəsmiləri ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması prosesinin başladığını təsdiqləyiblər.

Redaktor.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi açıqlama verib.

İSNA agentliyinin yaydığı məlumata görə, diplomat blokadanın ləğvi ilə bağlı prosesin artıq praktik mərhələyə keçdiyini bildirib.

“İrana qarşı dəniz blokadasının qaldırılması başlayıb və praktiki müstəviyə daxil olub”, - deyə Təxt-Rəvançi vurğulayıb.

Xatırladaq ki, iyunun 15-də İranla əldə olunan razılaşmanın elan edilməsindən sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılmasına göstəriş verdiyini açıqlamışdı.

Həmin gün İran və ABŞ tərəfləri iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılan memorandumun yekunlaşdırıldığını təsdiqləyiblər.

İran tərəfinin bildirdiyinə görə, memorandum Livan da daxil olmaqla müxtəlif istiqamətlərdə hərbi əməliyyatların dayandırılmasını və bir sıra digər məsələlər üzrə qarşılıqlı öhdəlikləri nəzərdə tutur.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью