İran ABŞ nin dəniz blokadasını ləğv etməyə başladığını AÇIQLADI
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
İran rəsmiləri ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması prosesinin başladığını təsdiqləyiblər.
Redaktor.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi açıqlama verib.
İSNA agentliyinin yaydığı məlumata görə, diplomat blokadanın ləğvi ilə bağlı prosesin artıq praktik mərhələyə keçdiyini bildirib.
“İrana qarşı dəniz blokadasının qaldırılması başlayıb və praktiki müstəviyə daxil olub”, - deyə Təxt-Rəvançi vurğulayıb.
Xatırladaq ki, iyunun 15-də İranla əldə olunan razılaşmanın elan edilməsindən sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılmasına göstəriş verdiyini açıqlamışdı.
Həmin gün İran və ABŞ tərəfləri iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılan memorandumun yekunlaşdırıldığını təsdiqləyiblər.
İran tərəfinin bildirdiyinə görə, memorandum Livan da daxil olmaqla müxtəlif istiqamətlərdə hərbi əməliyyatların dayandırılmasını və bir sıra digər məsələlər üzrə qarşılıqlı öhdəlikləri nəzərdə tutur.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 16 İyun 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















